Bu gün:

Dünyanın ən kasıb ölkəsi Burundunin iqtisadiyyatı


Sahəsi 27,830 km² olan Burundi Afrikanın ən az inkişaf etmiş və əhalinin sıx məskunlaşdığı ölkələrdən biridir və dənizə çıxışı yoxdur.


Burundi iqtisadiyyatı əkin sahələrinin azlığına baxmayaraq, işçi qüvvəsinin 90%-nin işlədiyi kənd təsərrüfatına əsaslanır. Əsas kənd təsərrüfatı məhsulları qəhvə və çaydır. Qəhvə Burundi ixracının təxminən 3/4-ni təşkil edir; Bununla belə, ixrac ölkə iqtisadiyyatının çox kiçik bir hissəsini təşkil edir. Ölkənin digər mühüm kənd təsərrüfatı məhsulları pambıq, qarğıdalı, sorqo, şirin kartof, kartof, banan, ət (mal-qara, keçi, qoyun), süd və dəridir.

Burundi Hökuməti qəhvə sektorunun liberallaşdırılması və enerji sektorunun inkişafı, yoxsulluğun azaldılması üçün kənd təsərrüfatı, su, kənd infrastrukturu, səhiyyə və təhsilə əlavə resursların ayrılması kimi struktur islahatları həyata keçirir.




İstehsal sektorunun hələ inkişaf etmədiyi Burundidə sənaye fəaliyyəti demək olar ki, yoxdur və nəqliyyat şəbəkələrinin qeyri-adekvatlığı iqtisadi artımı məhdudlaşdırır.

Ölkədə neft, nikel, mis, uran, torf kömürü, kobalt, platin, vanadium, qızıl, qalay volfram, kaolin gili və əhəngdaşı kimi təbii sərvətlərin və nadir torpaq elementlərinin olduğu təxmin edilir, lakin mövcud şərait bu sahəyə xarici investisiyaların qoyulmasına imkan vermir. 

Ölkənin dənizə çıxışının olmaması onun ticari və iqtisadi inkişafına mənfi təsir göstərir. Digər tərəfdən, Tanqanika gölü ölkənin xarici ticarəti üçün çox əhəmiyyətlidir.

Burundinin ən mühüm valyuta mənbələri məhsul ixracı, pul köçürmələri və birbaşa xarici investisiyalardan asılıdır.

2017-ci ildə ÜDM 3,81 milyard ABŞ dolları olub. 2017-ci ildə adambaşına düşən ÜDM təxminən 340 ABŞ dolları təşkil edib.


Mənbə:mfa.gov.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et