Bu gün:

5G-nin yayılması sosial və iqtisadi töhfələr verəcək


Türkiyə də daxil olmaqla Asiya, Afrika və Latın Amerikası ölkələri ilə aparılan bir araşdırmaya görə, Genişləndirilmiş Orta Qrup 5G iqtisadi gəlirlərin, təxminən, 80 faizini təkbaşına qarşılamaq potensialı ilə ən mühüm uğur faktoru olaraq seçilir.

5G texnologiyası son dövrdə dünyada ən çox danışılan mövzulardan biridir. 4-cü nəsil texnologiya olan 4G-dən, təxminən, 10 dəfə yüksək xidmət sürəti təklif edən 5G, təkcə gündəlik həyatı asanlaşdırmaqla yanaşı, bir çox iş sektoruna əhəmiyyətli töhfə  verəcək  xidmət olaraq görülür. Aparılan araşdırmalara görə, əldə ediləcək sürət sayəsində ölkələrin ÜDM-ə əhəmiyyətli töhfə verəcəyi vurğulanır.

3-7 dəfə artıq gəlir

"Analysys Mason"-un Türkiyənin də daxil olduğu ölkələrlə apardığı əhatəli araşdırmada 15 inkişaf etməkdə olan ölkədə 5G-nin iqtisadi, istehlakçı və ekoloji faydaları araşdırılıb. Tənzimləyici orqanların və hökumətlərin dəstəyi ilə bu 15 ölkənin hamısı investisiya dəyərindən 3-7 dəfə çox gəlir əldə etmək və 2035-ci ilə qədər ÜDM-ni 0,3 faizlə 0,46 faiz arasında artırmaq potensialına malikdir.

“İnkişaf etməkdə olan bazarlarda mobil rabitənin gələcək dəyəri” adlı hesabatda istehlakçı, sənaye, logistika, kənd və kommunal xidmətlərlə şaquli inteqrasiya da daxil olmaqla bir çox istifadə ssenarilərində mobil genişzolaqlı və sabit simsiz çıxışı (FWA) artırmaq üçün çoxsaylı 5G spektr tətbiqləri qiymətləndirilib.


Yüksək iqtisadi gəlir qabiliyyəti



İqtisadi gəlirlərin, demək olar ki, 80 faizini tək başına qarşılamaq potensialına malik olan Genişləndirilmiş Orta Qrup 5G bu kontekstdə ən mühüm uğur faktoru olaraq ön plana çıxdı. Tədqiqat çərçivəsində "Ağıllı Sənaye" və "Ağıllı Kənd" klasterləri ilə bağlı gəlirlər ölkələrin ümumi potensial iqtisadi gəlirlərinin 85-90 faizi arasında yer tutur.

Araşdırma çərçivəsində 15 ölkənin hamısının iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatının bu ölkələrin bəzilərinin ümumi ÜDM-də payı yüzdə 10-a yaxındır. Hesabatda vurğulanır ki, kənd yerlərində 5G-nin tətbiqi ilə uzunmüddətli perspektivdə kənd təsərrüfatı ilə bağlı ÜDM-də 1,8 faiz artım əldə edilə bilər. Həmçinin, 5G davamlı əkinçilik təcrübələrini dəstəkləmək, məhsuldarlığı artırmaq və kənd təsərrüfatı tullantılarını azaltmaq potensialına malikdir.

Tədqiqatdan çıxan nəticələr:

    Ölkələrə səviyyəli 5G xidmətinin dəyəri 3-8 milyard dollar arasındadır. Əhatə sahəsini artırmaq üçün 20-35 faiz arasında əlavə investisiya tələb olunur.

    Əsas əhatə dairəsindən kənara çıxan xidmətlərin əhatə dairəsinin artırılması, xüsusilə, orta diapazonda sənaye istifadəsini artırmaqla əhəmiyyətli ÜDM artımı təmin etmək potensialına malikdir.

    Əksər ölkələrin əldə edə biləcəyi ümumi ÜDM artımı əhatə dairəsinin artırılmasının investisiya dəyərindən 3-7 dəfə yüksəkdir.

    Nəticələr göstərir ki, 5G mobil genişzolaqlı rabitə hər bir ölkə üzrə 1 milyard dollardan 10 milyard dollara qədər istehlak profisiti yarada bilər, əhatə dairəsinin genişləndirilməsi isə bu rəqəmi 20-30 faiz artırır.

    Sosial kontekstdə 5G-nin ən çox faydalana biləcəyi sahələr 5G əsaslı FWA, ağıllı fabriklər, nəqliyyat və logistika, kənd təsərrüfatı və səhiyyədir

5G VƏ 4G arasındakı fərq nədir?

4G və 5G kimi strukturlardakı rəqəmlər infrastrukturu təmsil edir. Başqa sözlə, infrastruktur nə qədər çox dəyişikliyə məruz qalırsa, yeniliklər və ilkin rəqəmlər bir o qədər yüksək olur. Bu halda, 5G adı bizə infrastrukturun 5-ci mərhələdə olduğunu vurğulayır. Bu yeni texnologiya xidmətinin istifadəçilər üçün ən böyük üstünlüyü, təbii ki, sürətdir. 5G əvvəlki nəsildən, təxminən, 10 dəfə daha sürətli sürət deməkdir.

5G şəbəkələri 10 Gbps-dən 20 Gbps-ə qədər sürətə çatmaq potensialına malikdir. 5G-ni yalnız 4G şəbəkələrinin sürətini üstələyən bir texnologiya kimi düşünmək düzgün olmazdı. O, həmçinin, evlərimizə gələn simli internetin əksəriyyətindən daha sürətli məlumat axını təmin edir. Fiber optik bağlantılara rəqib olacaq bir şəbəkə sürəti təklif etdiyi bildirilir.

Sürətlə yanaşı, 5G şəbəkə gecikmə müddətində də əhəmiyyətli azalma təmin edir. Beləliklə, pinqi minimuma endirir. 5G cihaz və eks-server arasında məlumatların ötürülməsinə sərf olunan vaxtı minimuma endirməklə məlumatlara daha sürətli çıxış imkanı verir. Şirkətlər bildirirlər ki, 5-ci nəsil 4G ilə müqayisədə 60-120 dəfə daha az gecikmə təklif edə bilər.

Tərcümə etdi: Hüseyn İlyasov

Mənbə: Habertürk

Paylaş
Şərh əlavə et