Bu gün:

Netflix


Netflix “Top 10” siyahılarında və ya “Ən Populyar” siyahılarda yüksək performans göstərən məzmunu vurğulamaqla tamaşaçıların baxış vərdişlərini üzə çıxarmaqda çox seçici olub. Yeni açıqlanan məlumatlar ilk dəfə olaraq ən az baxılan şou və filmləri açıqlayır.



"Netflix"-ə görə, “The Snow Girl” (İspaniya), “The Empress” (Almaniya) və “Fauda” (İsrail) kimi ingilis dilində olmayan proqramlar tamaşaçıların ən çox baxılan məzmununun 30%-ni təşkil edib. Orijinal seriallar və filmlər baxılma vaxtının 55%-ni təşkil edib, 45%-i isə platformada yeni tamaşaçılar tapmış “Grey’s Anatomy” və “Suits” kimi lisenziyalı məzmun olub.


İlkin olaraq "USA Network"-də doqquz mövsüm yayımlanan “Suits” serialının ilk mövsümü bu ilin iyun ayına kimi "Netflix"-də ən çox baxılan proqramlar siyahısında 67-ci yerdə qərarlaşıb – və bu, şounun səs-küylü yay dirçəlişindən əvvəl idi.


Maraqlısı odur ki, ABŞ-da uzun müddətdir oynanılan, Peacock-da nümayiş etdirilən və "Netflix"-ə çıxmazdan əvvəl Amazon-da bir neçə il nümayiş etdirilən “Suits” kimi şou,” Sarandos bildirib. "Və bununla belə, biz bunun üçün bu nəhəng qlobal auditoriyanın kilidini aça bildik və bu, bizim böyük abunəçi bazamızın və onu ən çox sevəcək insanların qarşısına "Suits" qoymağı bilən tövsiyə sistemimizin birləşməsidir.


Netflix yeni ildə 2023-cü ilin ikinci yarısına dair izləyici məlumatlarını yayımlamağı hədəfləyir.


Mənbə: CNN 

Tərcümə etdi: Ləman Əliyeva 

Paylaş
Şərh əlavə et