Bu gün:

Meta NFT-dən imtina edir!


Meta-nın "Ticarət və Maliyyə Texnologiyaları" rəhbəri Stephane Kasriel Twitter-də şirkətin Instagram və Facebook-da NFT və rəqəmsal kolleksiya xüsusiyyətlərini ləğv edəcəyini açıqladı.

Aparıcı sosial media proqramlarına sahib olan "Meta" şirkəti bu yaxınlarda Instagram və Facebook-da NFT məzmununun istehsalına və satışına imkan verən sistem yaradıb.

1 ildən az müddət olub

Bununla belə, bu yenilikçi məhsul yalnız qısamüddətli bir xüsusiyyət idi. Keçən ilin may ayında bəzi Instagram və iyun ayında bəzi Facebook istifadəçiləri ilə sınaqdan keçirilməyə başlayan NFT xüsusiyyəti iyul ayında Meta tərəfindən 100 ölkədəki istifadəçiləri üçün Instagram-da genişləndirildi. Bir ildən az müddətdə Meta NFT-lərdən imtina etdiyini açıqladı.

"NFT-ni ləğv edirik"

“Biz yaradıcıları, insanları və biznesləri dəstəkləməyin başqa yollarına diqqət yetirmək üçün hələlik rəqəmsal kolleksiyaları (NFT) bağlayırıq”, – Stefani Kasriel tvitdə bildirdi.

Meta sözçüsü investisiyalarını NFT-lərdən Meta Pay kimi məhsullara və yaradıcılara birbaşa Meta platformalarında pul qazanmağa imkan verən xüsusiyyətlərə köçürdüyünü söylədi. Şirkət, həmçinin yaradıcıların Reels-də reklam gəliri əldə etmə yollarını sınaqdan keçirdiyini açıqladı.

Mənbə: Habertürk

Tərcümə etdi: Hüseyn İlyasov


Paylaş
Şərh əlavə et