Bu gün:

Edgar Ende kimdir?


Alman sürrealist rəssam Edgar Ende 1901-ci ildə Altonda anadan olub. 1916-1920-ci illərdə Alton Gözəl Sənətlər Məktəbində təhsil almışdır. 1922-ci ildə Gertrude Strank ilə evlənsə də, dörd il sonra boşanır.


1930-cu illərdə onun sürreal rəsmləri diqqəti cəlb etməyə başlayır, lakin nasist hökuməti onu degenerasiya olunmuş rəssam kimi qınayırdı. 1936-cı ildən başlayaraq nasistlər onun təhsilini davam etdirməsini qadağan etdilər. Rəssam 1940-cı ildə Luftvaffe zenit artilleriya operatoru təyin edilir. 

Rəsmlərinin çoxu 1944-cü ildə Münhenin bombalanması nəticəsində məhv olub. 1951-ci ildə Ende Andre Breton ilə tanış olan rəssam onun yaradıcılığına heyran qalır. 1965-ci ilə– miyokard infarktından ölənə qədər sürrealist araşdırmalara davam etmişdir.



Endenin rəsmlərinin oğlunun yaradıcılığına əhəmiyyətli təsir göstərdiyi məlumdur. 

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et