
İtalyan realist rəssam Gaetano Chierici 1838-ci ildə Reggio Emiliada anadan olub. 1850-1851-ci illərdə ibtidai təhsilini Reggio Emilia Gözəl Sənətlər Məktəbində alıb. Daha sonra Modena və Florensiya sənət akademiyası və Giulio Cesare Ferrari ilə Bolonyada təhsilini davam etdirir.

İlk əsərləri, əsasən əmisi Alfonso Chierici və Adeodato Malatestanın təsiri ilə neoklassizmin üslübubda yaradıb, lakin Macchiaiolinin əsərlərinin gücü artmağa başlayır.
1860-cı illərin sonlarında onu daha çox məşhurlaşdıran yerli daxili üslubdakı rəsmlərinə başlayır. 1869-cu ildə Brera Akademiyasındakı sərgisi tənqidçilər və kolleksiyaçılar tərəfindən uğur əlaməti olaraq qəbul edilir.

Ancaq rəssam zamanla öz süjetlərini təkrarlamağa başlayır. Gündəlik həyat səhnələri– əsasən uşaqların həyatı və əyləncəsini təsvir edirdi. Açıq əsərlərində kənd həyatından səhnələr də çəkib.1882-ci ildən 1907-ci ilə qədər Reggio Emilia şəhərinin işçiləri üçün rəsm məktəbinə rəhbərlik etmiş, eyni zamanda bu şəhərin ilk sosialist bələdiyyə başçısı olmuşdur (1900-1902).
Alfred O. Vaidner Universiteti İncəsənət Qalereyasında Deshong kolleksiyasında Chiericinin iki əsəri var: "ev heyvanlarını bəsləyən oğlan”(1867), “tələsik puding”(1883).
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
