Bu gün:

Nikolay Ge kimdir?


Rus simvolist rəssamı Nikolay Ge Voronejdə İvanovo fermasında (indiki Şevçenkovo kəndi) fransız əsilli rus zadəgan ailəsində anadan olub.


 



Fransız zadəgan babası 18 yaşında XVIII əsrdə Rusiya İmperiyasına mühacirət edib və bir rus qadını ilə evlənib. Sənətçinin anası özü üç aylıq olanda ölüb. Rəssam əvvəlcə 1 nömrəli Kiyev gimnaziyasını bitirib. Daha sonra Kiyev Universitetində və Sankt-Peterburq Universitetində fizika və riyaziyyat təhsili alıb.


1850-ci ildə elmi karyerasını tərk edən rəssam Sankt-Peterburqdakı imperator İncəsənət Akademiyasına daxil olur. Burda usta rəssam Peter Baisnin  tələbəsi olub. 1857-ci ildə akademiyanı bitirir və burada “Şamuel Peyğəmbərin ruhunu çağıran Endor ifritə”rəsminə görə qızıl medal alır. Bu dövrdə Karl Bryullovdan çox təsirlənib. 

1861-ci ildə Alexander İvanoviç Herzenin Məsih fiquru üçün istifadə etdiyi “Son Şam yeməyi” rəsmini yaradır. Şəkil Herzenin əmisi oğlu, rus fotoqraf Sergey Lvoviç Levitsky tərəfindən çəkilib.

1870-ci ildən sonra tarixi və dini rəsmlərə maraq azaldıqca mənzərələr çəkməyə başlayır. 1880-ci illərin əvvəllərində yenidən dini mövzulara və portretlərə müraciət edir. Hər kəsin şəxsi portretə sahib ola biləcəyini iddia edən rəssam hər kəsə uyğun qiymətə şəkil çəkməyə başlayırş. Çəkdiyi portretlər arasında Tolstoy, Mixail Saltykov-Şedrin və Yəhuda da var.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et