Bu gün:

Antidepresanlardan ehtiyatlı olun


Səhiyyə Təşkilatının məlumatlarına görə, depressiya ən çox funksiya itkisinə səbəb olan ilk beş xəstəlikdən biridir. Araşdırmalar göstərir ki, depressiya nisbəti qadınlarda 10-26%, kişilərdə isə 3-12% təşkil edir.

 Bir çox insanlar həkimə müraciət etmədən, həmçinin, dərman istifadə etmədən xəstəliyin öhdəsindən gəlməyə çalışır. Buna görə də,  əlavə xəstəliklərin və intiharların sayının artması diqqət çəkir. Müalicə olunmayan depressiyanın öz-özünə keçməsi 6-24 ay çəkir. Xəstələrin 10%-də bu müddət daha uzun olur. Xəstələrin əksəriyyəti somatik şikayətləri ilə qeyri-psixiatrik həkimlərə müraciət edir və ya ətrafdakı insanların, yaxud aptek işçilərinin tövsiyəsi ilə adekvat psixiatrik qiymətləndirmə olmadan antidepresanlardan istifadə etməyə başlayır.

Bir və ya iki qutu istifadə edib onu kəsməyin heç bir faydası olmayacaq.

Xoşbəxtlik hormonu (serotonin) ifraz etdikləri düşüncəsi ilə başlayan antidepresanların adekvat dəyərləndirmə istifadəsi bəzi narahatlıqlara səbəb olur. Dərmanlar düşünüldüyü kimi xoşbəxtlik vermir, bədbəxtliyi aradan qaldırır, amma normal əhval-ruhiyyəni dəyişdirmir. Bu dərmanların təsiri müəyyən dozada və müddət ərzində istifadə edildikdə görünür. Həkimlə məsləhətləşərək onu necə istifadə edəcəyinə qərar vermək lazımdır. Dərmana başlamazdan əvvəl müvafiq göstərişin olub - olmadığını dəyərləndirmək vacibdir. Çünki bu dərmanlar uzun müddət istifadə edilməli olan qrupdadır. Bir və ya iki qutudan istifadə edib kəsmək xəstə üçün heç bir fayda verməyəcək və xəstəliyin xroniki olması, onun funksiya pozğunluğunun davam etməsi və ya intihar riskinin artması kimi problemlər gətirməsi kimi hallardan çəkinmək lazımdır.

Depressiya digər xəstəliklərdən də yarana bilər

Antidepresanlar düzgün şəkildə qəbul edilməzsə, digər xəstəliklərə vaxtında diaqnoz qoymaq çətinləşir. Qızdırması olan xəstəyə qızdırma salıcı dərman vermək və səbəbini araşdırmamaq uzun müddətdə başqa problemlərə səbəb olduğu kimi, bu dərmanların adekvat qiymətləndirilmədən qəbulu da bəzi vacib diaqnozların əldən çıxmasına səbəb olur. Depressiya bir çox xəstəliyi təqlid etdiyi üçün depressiyaya oxşayan, lakin ciddi fiziki xəstəlikləri olan xəstələrdə də tez-tez rast gəlinir. Hormonal pozğunluq, anemiya və ya bəzi şişlər depressiya ilə müşayiət edilə bilər. Eynilə digər xəstəliklərin müalicəsində istifadə edilən bəzi təzyiq dərmanları, hormonlar, antibiotiklər və spirt və s. depressiyaya səbəb ola bilər.

Əhəmiyyətli problemlər yarana bilər

Bütün bunlardan başqa, antidepresanlara başlandıqdan sonra lazımi təqibin olmaması, dərmanın gözdən qaçırılması səbəbiylə ortaya çıxa biləcək bir sıra əhəmiyyətli problemlərə səbəb ola bilər. Xüsusilə, yaşlı xəstələrdə dərmanların təsiri altında natrium tükənməsi həyat üçün təhlükə yarada bilər. Genetik meylli şəxslərdə antidepresanlar ailədə mövcud olan, lakin o vaxta qədər kliniki tapıntılar göstərməyən mani və ya hipomaniya kimi vəziyyətlərin yaranmasına səbəb ola bilər. Dərmanların təhlükəsizlik diapazonu geniş olsa da, şəkər mübadiləsini pozmaq və ya ürək ritminə təsir etmək kimi bəzi yan təsirləri ola bilər. Xülasə, uzun müddətdə mümkün yan təsirlərin qarşısını almaq üçün istifadə edərkən xəstənin ümumi tibbi vəziyyətini nəzərdən keçirmək, uyğun müalicə planı hazırlamaq və dərman seçmək vacibdir.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et