Bu gün:

Çətir


Çətir haqqında ilk məlumatlar eramızdan əvvəl 11-ci əsrin sənədlərində tapılıb. Misirdə və Çində zadəganlar və padşahlar günəşdən qorunmaq üçün çətir istifadə edirdilər. 


Çətirin tarixi çox uzun müddətdir davam edir, insanlar bu aksessuardan bir minillikdən çoxdur ki, istifadə edirlər. Qədim Romada bu alət konus formasında idi. 


Əvvəllər çətir yalnız günəşdən qoruyan bir "sığınacaq" idi. Adı hollandca "Zonnedeck" sözündən gəlir və "günəş örtüyü" deməkdir.

 

Alimlər çətirin vətəninin Çin və ya Misir olduğunu irəli sürürlər. Burada o, gücün simvolu idi. Yalnız imperatorun və onun ətrafının çətirləri ola bilərdi. Bu çətirlərin hündürlüyü təxminən 1,5 m, çəkisi isə iki kiloqramdan çox idi.


Hindistanda bu, həm də güc ölçüsü hesab olunurdu: bir insan nə qədər məsul vəzifədə olarsa, onun yoldaşlarının çətirləri də bir o qədər çox olurdu. Padşahların 13 çətiri var idi, onlardan biri günəşi, digərləri isə onun ətrafında yerləşən on iki bürc işarəsini simvolizə edirdi.


Kraliça Marie Antoinette bir kiloqram ağırlığında, çərçivəsi balina sümüyündən hazırlanmış  eksklüziv çətirə sahib idi. Bu çətirdən sonra sarayda yeni bir vəzifə meydana çıxdı - "fəxri çətir daşıyıcısı".


Mənbə:pskovlib.ru


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et