Bu gün:

Stiv Harvinin uğur hekayəsi


"Çox uğurlu insanların “Mən həmişə bura gələcəyimi bilirdim” dediklərini eşitmək məni öldürür. Mən həmişə bir yerə çatacağıma ümid edirdim, amma buna heç vaxt əmin olmamışam. Mənim təxəyyülüm o qədər də böyük deyil. "
Şübhəsiz ki, hazırda o, hər şeyə sahib kimi görünür. Onun 2009-cu ildə ən çox satılan kitabı “ Xanım kimi davran, kişi kimi düşün” kitabı blokbaster filminə ilham olub. İndi o, bir neçə tele-kanalda yayımlanan  radio şousuna, "Family Feud" oyun şousuna və gündəmdə olan "The Steve Harvey Show" tok-şousunun yaradıcısıdır. Bu yaxınlarda o, NBC-nin məşhur estrada seriyası" Little Big Shots"-un da aparıcılığını edib.

Lakin o, komediyaçı olmaq şansı əldə etmək üçün işini ilk dəfə tərk edəndə həyat yoldaşından ayrıldığını, təkbaşına olduğunu və həftədə yalnız 50 dollar qazanc ilə  dolandığını açıqlayıb.

O, 80-ci illərin sonlarında evsiz qalması haqqında belə deyir: "Bu, çirkin dövr idi, sadəcə və sadəcə çox ağrılı günlər idi. "

“Mən otutub ağlayırdım, amma içindən bir səs deyirdi: “Əgər davam etsən, səni heç vaxt getmədiyin yerlərə aparacağam”

Özündə güc toplayan Stiv qısa müddətdə uğur qazandı, Harvi 1993-cü ildə Apollonda Showtime- da yüksək səviyyəli konsert proqramı ilə çıxış etdi və nəhayət, sitcom və "Sedric the Entertainer" və mərhum Bernie Mac-in "Original Kings of Comedy" proqramımda iştirak etdi.

İndi o, xoşbəxt evlilik və ailə həyatı, eləcə də televiziyanın əsas ulduzu kimi sürətini azalda bilmir

"Mən evsizlikdən qaçıram" dedi. “Mən bir daha o mövqedə ola bilmərəm. Verilişim ləğv edilsə, daha üç tamaşam olacaq. Boş vaxtım yoxdur, amma 12 işim var”.

Mənbə: people.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et