Bu gün:

Neft tankerləri


Neft və qaz ehtiyatlarının əksəriyyəti bir neçə ölkədə, neft emalı zavodları və istehlakçılar isə dünyanın hər yerində yerləşir. Neft tankerləri xam neftin və emal olunmuş neft məhsullarının lazım olan yerə daşınmasında mühüm rol oynayır. Neft tankerləri kimyəvi yükləri də daşıya bilir və bu, tez-tez yük çənlərinin tikintisində paslanmayan poladdan istifadə, büzməli arakəsmələr və dərin quyu nasosları və daha mürəkkəb boru sistemləri kimi xüsusi tikinti və avadanlıq formalarını tələb edir. 

Kimyəvi tankerlər bir sıra sənaye kimyəvi maddələri daşıyır və əgər neft, o cümlədən kimyəvi tankerlər kimi nəzərdə tutulubsa, eyni zamanda, neft məhsullarını da təmizləyir. 

Daşınan kimyəvi yüklər müxtəlifdir və onlara kaustik soda, sulfat turşusu və bir çox başqa yüklər daxildir ki, bunların hamısı həm çirklənmə, həm də təhlükəsizlik baxımından təhlükə yarada bilər. Təhlükələrə əsaslanaraq, kimyəvi tankerlər riskləri azaltmaq üçün layihələndirilir, tikilir və istismar edilir. Tez-tez paslanmayan poladdan və ya xüsusi örtüklü çənlərə malik olan kimyəvi tankerlər çox vaxt palma yağı və bitki yağı kimi qida məhsulları da daşıyır.

Mənbə: nternational chamber of shipping
Tərcümə etdi: Aynur Mikayilova

Paylaş
Şərh əlavə et