Bu gün:

Azadlıq Heykəli ilə bağlı 6 maraqlı fakt


Amerika dedikdə ağlımıza ilk gələn nəhəng Azadlıq heykəli dünyada ən çox tanınan heykəllər arasındadır. Heykəl bir çox maraqlı detalları ilə seçilir. 


1. Azadlıq heykəlinin rəsmi adı “Dünyanı işıqlandıran azadlıq”dır. Heykəl yaradıldığı gündən Amerikanın simvolu kimi istifadə olunur.


2. Azadlıq heykəli ABŞ-ın yaranmasının 100-cü ildönümündə Fransa tərəfindən hədiyyə edilib. 1884-cü ildə Fransada heykəl tamamlandıqdan bir il sonra 350 parçaya bölünərək 214 qutuda Nyu-York limanına çatdırılıb. Parçalar 4 ay ərzində yenidən postament üzərində yığılıb və heykəl 28 oktyabr 1886-cı ildə minlərlə tamaşaçı qarşısında nümayiş etdirilib. 


3. Heykəldəki qadın fiquru Roma azadlıq ilahəsi Libertadır.



4. Heykəlin sağ əlində məşəl, sol əlində isə yazı var. Bu yazıda (IVUL IV IV. MDCCLXXVI) 1776-cı il iyulun 4-də elan edilmiş İstiqlal Bəyannaməsinin tarixi yazılıb. Heykəlin başındakı tacın 7 ucu 7 qitə və 7 dənizin simvoludur.



5. Nyu-Yorkun Azadlıq adasında yerləşən nəhəng heykəl 16 il (1886-1902) mayak kimi fəaliyyət göstərib və 24 mil məsafəyə qədər işıq saçıb.



6.Heykəl məşəlin təməlindən ucuna qədər düz 93 metrdir və çəkisi 225 tondur. Heykəlin yuxarı hissəsində 25 pəncərə də var.



Mənbə: Haber Türk

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et