Bu gün:

Geyimlərin təkrar emalı mümkündür?


Bütün tekstil məhsulları təkrar emal edilə bilərmi? Təkrar emal edilmiş liflərdə saf maddələr varmı? Biz toxuculuq məmulatları ilə bağlı həqiqətləri miflərdən ayırmağa çalşacayıq.

Moda satış tempini artırdıqca, tendensiyalar ildırım sürəti ilə dəyişdikcə və hər gün yeni üslublar ortaya çıxdıqca toxuculuq tullantılarının idarə olunması xəyalı rrallıqdan uzaq olaraq qalacaq. Tekstil tullantıları və təkrar emalı üsulları qlobal toxuculuq tullantıları böhranı üçün potensial həll yolları kimi seçilsə də, bu üsullar nə hər şeyi həll edir, nə də hər şey düşündüyümüz qədər sadədir.


Paltarların təkrar emalı ilə bağlı çoxlu miflər var. İndi isə həqiqət ilə üzləşməyin vaxtıdır.

Mif: Bütün toxuculuq tullantıları asanlıqla təkrar emal edilə və ya yenidən istifadə edilə bilər

Fakt: Toxuculuq tullantılarının təkrar emalı və yenidən təyinatı əlbəttə ki, tullantıların idarə olunması strategiyası üçün vacibdir, amma həqiqət belə deyil. Bütün tekstil tullantıları asanlıqla təkrar emal edilə bilməz. Parçalar çox vaxt pambıq, ipək və yun kimi təbii liflərin, eləcə də polyester, neylon və akril kimi sintetik materialların qarışığıdır. Qarışıq parçaların bu mürəkkəb birləşməsi və ya parçalarda sintetik liflərin olması onların ayrılmasını çətinləşdirir. Bundan əlavə zədələnmiş və ya kimyəvi emaldan keçmiş parçalar təkrar emal üçün uyğun deyildir, çünki onların çeşidlənməsi və emalı çox vaxt aparır və baha başa gəlir.


100% pambıq, polyester və ya yun kimi tək lifdən toxunmuş parçaların təkrar emalı daha asandır. Eyni zamanda düymələr, zəncirbəndlər və digər kiçik komponentlər təkrar emal prosesinə əlavə mürəkkəblik qatır. 


Mənbə: oggusto

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et