Bu gün:

Ekoloji təmiz məhsul, yoxsa propaqanda


Brendlərin məhsulun ekoloji davamlılığını vurğulamaq üçün istifadə etdiyi sözlər aldadıcı ola bilər. Bəs biz reallığı yalandan necə ayıraq?
"Ekoloji təmiz, bioloji, üzvi maddələrdən" kimi sözlər internetdə və televiziyada tez-tez rastlaşdığımız sözlərdir.  Bəs bu sözlərin mənası tam olaraq nədir və sahibkarlar müştəri cəlb etmək üçün onlardan necə istifadə edir.

Artıq müştərilər üçün  ekoloji məhsul ilə  ekoloji olmayan məhsul arasında fərq qoymaq çətinləşib.İsveçrənin korporativ sosial məsuliyyət və biznes etikası üzrə professoru Peter Seele deyir: "Şitkətlərin özünü xilasetmə yolu ekoloji yalanlardan keçir." Avropa İttifaqı və Milli İstehlakçı Hüquqlarının Müdafiəsi təşkilatı tərəfindən aparılan araşdırma onlayn marketinqdə ekoloji yalanların son dərəcə geniş yayıldığını aşkar edib. Şirkət veb-saytlarında bir çox ekoloji iddiaların şişirdilmiş, yalan və potensial olaraq qeyri-qanuni olduğu məlum olub. 2021-ci ildə onlayn ticarət edən şirkətlərin təhlili zamanı 344 "zahirən şübhəli" marka qiymətləndirildi və məlum oldu ki, işlərin 42%-i qanuni olaraq yalan, aldadıcı və ya ədalətsiz kommersiya təcrübəsidir.

“Brendlər bizneslərini ekoloji cəhətdən təmiz göstərmək üçün “yaşıl”, “davamlı” və ya “ekoloji cəhətdən təmiz” kimi qeyri-müəyyən sözlərdən istifadə edə bilər; "Ancaq bu şeylər sübut edilmədikcə tək başına heç bir şey ifadə etmir" deyir. “Davamlılığın nə olduğuna dair yekun tərif yoxdur. – Boş sözdür.

Digər bir tendensiya isə şirkətlərin davamlılığı istehlakçıların şəxsi sağlamlıq kimi sırıması  məsələsidir. "Sağlam" termini çox asanlıqla "planet", "insanlar" və "həyat tərzi" ilə əlaqələndirilə bilər". Davamlılıq məsləhətçisi və Etik Biznes Kitabının müəllifi Sarah Duncan deyir. “Qida və kosmetika sənayesi məhsullarını həm planet, həm də insan sağlamlığı üçün faydalı olduğunu qəbul etdirmək üçün “təmiz” və “təbii” kimi sözlərdən istifadə edir”.

Yaşıl yuyulma moda sənayesində də olduqca yaygındır.

 Dəyişən Bazarlar Vəqfi kampaniya qrupunun hesabatına görə, Avropa moda brendlərinin, o cümlədən iki ən böyük sürətli moda nəhənginin ətraf mühitə dair iddialarının 59%-i yalandır.

Tərcümə etdi: Bənövşə Bağırova

Mənbə: Oggusto

Paylaş
Şərh əlavə et