Vinsent Van Gogh 30 mart 1853-cü ildə anadan olmuş və bu günün ən məşhur rəssamlarından biri olan rəssamdır. Bütün impressionist əsərləri muzey kolleksiyalarındadır və Amsterdamdakı bir muzey onları görənləri valeh edir.
Van Qoq Muzeyi və Arlesdəki Vinsent Van Qoq Fondu rəssamın ən nadir əsərlərinin sərgiləndiyi yerdir. Van Qoqun həyatı, eləcə də sənəti son dərəcə populyarlaşmışdır.
Van Qoqun həyatından bəhs edən çoxlu filmlər və sənədli filmlər çəkilib. Van Qoq həyatı boyu müəllimlik və marketinq kimi bir çox müxtəlif peşələrdə çalışıb. 27 yaşında rəssam olmağa qərar verən və bu yaşdan sonra bir çox rəsm əsərləri dizayn edən Van Qoq son dərəcə tutqun əsərləri ilə adından söz etdirməyi bacarıb. Xüsusilə onun “Kartof yeyənlər” adlı tablosu rəssamın müşahidələri arasında ən realist əsər kimi ifadə edilir.
Parisdə impressionist əsərləri ilə məşhurlaşan və bir çox sənətsevərlərin diqqətini çəkən Van Qoq əsərlərində daha canlı rənglər və əyləncəli formalardan istifadə etməyə başladığı üçün daha da populyarlaşır.
Fərqli forma və xüsusiyyətlərə malik olan ən tanınmış və ən məşhur Van Qoq əsərləri, ümumiyyətlə, bunlardır:
Ulduzlu gecə, Avtoportret, Kartof yeyənlər, Kafe Terrasında Gecə irislər, Sarı Ev, Gecə Qəhvəsi, Buğda tarlası, Reyn sahilində, Çiçəklənən Badam Ağacı, Sonsuzluğun astanasında, Arlesdə yataq otağı sərvlər, Auversdəki kilsə, Sarğılı Qulaqlı Avtoportret, Sərv və Ulduzlu yol.
Mənbə: Tablohane
Tərcümə etdi: Fatimə Şükürova
