Bu gün:

Kriptovalyuta nədir?


Kriptovalyuta mübadilə əməliyyatlarında istifadə oluna bilən tam rəqəmsal, şifrələnmiş, virtual valyutadır. Bəzilərinin fikrincə, bu, gələcəyin valyutasıdır.Hazırda kriptovalyutalar bir çox insanların eşitdiyi və dövlət başçılarından tutmuş nəhəng şirkətlərə qədər hər kəsin diqqətini çəkən bir fenomendir. 

Kriptoqrafiya mübadilə əməliyyatlarını yoxlamaq və qorumaq üçün istifadə olunur. Onun heç bir fiziki ekvivalenti yoxdur. Əslində, debet kartları və kredit kartları ilə xərclənən və köçürülən pullar da virtual puldur, çünki bu əməliyyatlar nəticəsində yalnız sistem məlumatları dəyişir. Kriptovalyutalar da eyni iş prinsipinə malikdir. Ancaq heç bir orqan və ya hökumət tərəfindən idarə olunmayan, yəni mərkəzləşdirilməmiş sistem var ki, bu da sistemi daha təhlükəsiz edir.

Kriptovalyuta necə istehsal olunur? 

Kriptovalyutaların istehsalı da paylanmış sistem vasitəsilə həyata keçirilir. Beləliklə, istifadəçi əsaslıdır. Kriptovalyutaların istehsal limitləri var, buna görə də istehsal edilən kriptovalyutaların miqdarı artdıqca kriptovalyuta istehsalı üçün həll edilməli olan əməliyyatlar çətinləşir. İstehsal prosesi mədənçilik yolu ilə baş verir və fiziki mədən olmasa belə, əməliyyatlar riyazi məsələlərin həllinə əsaslanır. Başqa sözlə, emal gücünüz və internet bağlantınız varsa, kimsə tərəfindən təyin edilmədən mədən işini öhdəsinə götürə bilərsiniz.

Mənbə: Bitlo
Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et