Bu gün:

Amadeo Presiosi kimdir?


İtalyan Şərq rəssamı Amadeo Presiosi 1916-cı ildə Maltada anadan olub. İstanbulu və Osmanlı həyatını böyük bir ehtirasla öyrənən rəssam Maltada ilk rəsm dərslərini aldı. Kübar bir ailəyə mənsub olan sənətçi daha sonra təhsilini Parisdə davam etdirdi. 1840-cı illərin əvvəllərində gəldiyi İstanbulu bir daha tərk etmədən, əvvəlcə, Perada, sonra Yeşilköydə işlədiyi emalatxanasında böyük bir şöhrət qazandı. Rəsm əsərləri üçün çoxlu sifariş aldı. Osmanlı həyatı və İstanbul haqqında real və romantik bir anlayış, çoxsaylı portretlər, müxtəlif növ din, millət və peşə adamları, məhəllələr, qəhvə, küçələr, bazarlar, qəbiristanlıqlar və Boğaziçi mənzərələri, gündəlik həyat kimi mövzuları əks etdirən rəsmlərində müxtəlif aspektlərdə özünü göstərir.

Suluboya ilə yanaşı, qabaqcıl texnologiyadan istifadə edərək rəngli litoqraflar da yaratdı. Parisdə litoqrafiya nəşr etdirən lemersier, 1850-1860-cı illər arasında nəşr etdiyi litoqrafiyalarının çoxunu sifariş etdi. İlk albomu Lemersier tərəfindən Şərq həyatının Stamboul Collection adı altında çap olundu və albomun yeni nəşrləri diqqət çəkdikdən sonra yenidən çıxdı.

İstanbulda keçirdiyi illər ərzində Osmanlı imperiyası ərazisindən, Yaxın Şərqə bir neçə dəfə səfər etmişdir. Yunanıstana və Misirə səyahət etdi və saysız-hesabsız naxışlar və suluboya ilə getdiyi yerlərdən qayıtdı. Əsərləri 1861 – ci ildə Stamboul Souvenir d ‘ Orient və 1863-cü ildə Souvenir du Caire adı ilə nəşr olundu. Son iki albomu Stamboul Moeurs et Costumes və Caire Moeurs et Costumes olmuşdur. İlk rəsm sərgisini 1858 – ci ildə Parisdə, ikincisini isə 1863-cü ildə Kral Akademiyasında açdı. 1867-ci il Paris sərgisində rəsmləri Osmanlı pavilyonunda sərgiləndi.

Ömrünün son illərində Sultan II Abdulhəmidin (1867-1909) saray rəssamı olan sənətçi Yeşilköydə ov qəzasında öldü. San Stefanodakı Yeşilköy katolik qəbiristanlığında dəfn olunur.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et