Bu gün:

Təbii və ya suni dəri:hansı material ekoloji cəhətdən təmizdir


Getdikcə daha çox insan geyimin ekologiya ilə "dostluğu"-na diqqət yetirir, lakin hansı materialın təbiətə daha az zərər verəcəyini başa düşmək çətin ola bilər. Müxtəlif aspektlərdən dəri və eko-dəri geyimlərin ekologiyaya təsirinə nəzər salaq.

Təbii dəri əksər hallarda - inək və öküz dərisindən emal edilmiş vasitədir. İnəklərin və digər  heyvanların həzm etmə prosesi elə baş verir ki, onlar qidanı həzm edərkən metan ifraz edirlər. Bu istixana qazı karbon dioksiddən təxminən 30 dəfə daha səmərəlidir və buna görə də iqlim dəyişikliyinə əhəmiyyətli təsir göstərir. Heyvandarlıq bütün antropogen istixana qazı emissiyalarının 14,5% -nə səbəb olur. 

Materialı, xassələri və görünüşü baxımından təbii dəriyə bənzəyən süni dəri poliuretan, polivinilxlorid, polyesterdən hazırlanır. Bütün bunlar yağ emalı məhsullarından - başqa sözlə, plastikdən hazırlanmış sintetikdir. 

Son zamanlar süni dəri əşyalarının istehsalçıları tez-tez bu materialı"eko-dəri"adlandırırlar. Bu, daha çox marketinq terminidir. Dəri məmulatlarının təşkilini təsdiq edən Leather Working Group qeyd edir ki, nəyin eko-dəri sayıla biləcəyi və nəyin eko-dəri olmadığını sabit bir tərifə əsasən deyə bilmərik. 

İstənilən halda bilirik ki, poliuretan, polivinilxlorid və polyesterə əsaslanan süni dəri hər hansı digər sintetiklər kimi bioloji olaraq parçalana bilməz. Bu materiallar hələ yüzlərlə il ərzində zibilxanalarda qalacaq. 

Mənbə: hohenstein

Tərcümə etdi: Leyla Əliyeva

Paylaş
Şərh əlavə et