Bu gün:

Rejissor (Kinorejissor)


Rejissor nə edir?


Rejissorlar filmin yaradıcı aparıcılarıdır. Onlar çəkiliş zamanı əvvəldən son redaktəyə qədər bütün prosesdə iştirak edirlər. 


Rejissor çəkilişə cavabdeh olan icraçı prodüser  tərəfindən işə götürülür. Rejissorlar ssenaridən tutmuş, ssenari müəllifi və bəzən də ssenari redaktəsi komandası ilə işləyirlər. Rejissorlar da ssenari müəllifi ola bilər. 

Rejissorun əsas işi ssenarini vizual formada təsəvvür etməkdir. Filmin çəkilməsi üçün lazım olan maliyyə vəsaitini topladıqdan sonra onlar prodüserlərlə birlikdə fotoqrafiya direktoru, rejissor köməkçisi və quruluşçu rəssam kimi şöbə müdirlərini təyin edirlər.

Daha sonra aktyorları seçmək üçün prodüserlər kastinq rejissorları ilə işləyir və çəkiliş üslubunu, o cümlədən kamera çəkilişləri və ssenari dəyişiklikləri haqqında qeydləri tamamlamaq üçün operatorla işləyirlər. 


Bəzi rejissorlar çəkilişdən əvvəl aktyorları məşq etdirir. 

Eyni zamanda, rejissor ekipajın digər üzvlərini, xüsusilə işıqlandırma, qarderob və makiyaj nəzarətçilərini təlimatlandırmalıdr. Rejissorlar çalışır ki, aktyorlar ən yaxşı performansını ortaya qoysun. Eyni zamanda qüsursuz bir səhnənin lentə alınması üçün bütün texniki aspektlərin yerində olmasının məsuliyyəti də rejissorun üzərindədir. 


Rejissor nəyi yaxşı bacarır?


Liderlik: filmin yayımını müxtəlif şirkətlərlə bölüşən, onları ən yaxşı işlərini görməyə ruhlandıran, aktyor və yaradıcı heyəti idarə edən, yaradıcı qərarlar qəbul edən şəxsdir. 


Təsəvvür: çəkmək istədiyi filmi təsəvvür edir, canlandırır, eşidir, görüntü yaradır və həyata keçirir


İncəsənət bilikləri: kino və televiziya yaradıcılığına həvəs və dərin biliklərə sahib olmaq, müxtəlif mənbələrdən ideya əldə etmək üçün sənətin bütün janrlarını qiymətləndirə bilmək


 İstehsal: filmin istehsal prosesini həm texniki, həm də yaradıcılıq baxımından əvvəldən sona qədər izləməlidir. 


Təzyiq: altında sakit qalmaq: yüksək stresli mühitdə metodik şəkildə işləməyi bacarmalı, işlər planlaşdırıldığı kimi getməyəndə yaradıcı qərarlar qəbul edə bilməlidir.

 

Rejissor kiminlə işləyir?

Rejissorlar film istehsalının əsas yaradıcı üzvüdür, buna görə də onlar hər bir şöbə müdiri ilə əlaqə saxlayırlar. Çəkilişdən əvvəl, onlar prodüser və kastinq rejissorları ilə xüsusilə sıx işləyirlər. Çəkiliş zamanı onların quruluşçu rejissoru və birinci rejissor köməkçisi ilə sıx əlaqəsi olur. Çəkilişdən sonra rejissorlar filmi və ya proqramı son hala gətirmək üçün montajçılar ilə işləyirlər.


Mənbə: screenskills.com


Tərcümə etdi: Ləman Əliyeva

Paylaş
Şərh əlavə et