
Aslan balığı zolaqlı və uzun lələkləri ilə qeyri-adi balıq növləri arasındadır. Dünyanın bir çox fərqli yerlərində yaşasa da insanlar üçün təhlükə yaradan balıq növləri arasında olduğunu söyləmək mümkündür.
Pterois kimi tanınan və bu ailəyə aid olan şir balığı zəhərli dəniz balığı növüdür. Sahilə yaxın və 50 metr dərinlikdə yaşayan şir balıqları insanlar üçün təhlükəli dəniz canlıları kimi seçilir. Xüsusilə ifraz etdiyi zəhərlə ciddi zərər verə bilər. Yetkin aslan balığı 40 sm uzunluğa çata bilər. Gözlərin üstündə və həmçinin ağız nahiyəsinin altında pərvanə formalı döş üzgəcləri var. Ov edərkən üzgəclərini açır və ovunu küncə sıxır. Lakin onu da əlavə etmək lazımdır ki, o, dünyanın ən zəhərli dəniz canlıları arasındadır. Ağ və qəhvəyi görünüşlü zolaqlı quruluşa malikdir.
Mənbə: Hürriyət
Tərcümə etdi: Tahirə Bağırzadə
