
Damla balığı dəniz canlısıdır və Psychrolutidae ailəsinə aiddir. Bu balığın elmi adı Psychrolutes Marcitusdur. Bundan əlavə, bir araşdırmaya görə, dünyanın ən çirkin heyvanı seçilmişdir. Maye kimi bir görünüşə malikdir. Ağız quruluşu və üz hissəsi digər balıqlardan fərqlidir.
Harada yaşayır və qısaca onun xüsusiyyətləri nədir?
Damla balıqları adətən Tasmania, Yeni Zelandiya və Avstraliyada yaşayır. Əti yeyilməyən balıq növlərindən biridir. Xərçəng və xərçəngkimilərlə qidalanır. Açıq rəngli və mayeyə bənzər bir görünüşə malikdir. Daha çox jelatinə bənzədilir. Damla balıqlarının böyük ağızları və gözləri var. Təbiətdə nadir və nəsli kəsilməkdə olan canlılardan biridir. Dənizin təxminən 900 metr dərinliyində yaşayırlar. Onların uzunluğu 25 sm-ə qədər çata bilir.
Mənbə: Milliyet
Tərcümə etdi: Tahirə Bağırzadə
