Bu gün:

Raşmor dağı


ABŞ-ın dörd prezidenti ilə üz-üzə “görüşə” biləcəyiniz yer olan Raşmor dağı Cənubi Dakota ştatındakı eyniadlı milli parkda yerləşir. Kino, reklam və mətbuatda daha çox təkrarlanan bir abidənin adını çəkmək bəlkə də çətindir: Vaşinqton, Cefferson, Ruzvelt və Linkolnun profilləri Deep Purple-ın «In Rock» albomunun üz qabığını bəzəyən “Mars Attacks” filmində yadplanetlilərin portretlərinə çevrildi.


Təəccüblü deyil ki, milli parka gələn 2 milyondan çox ziyarətçi ildə Raşmor dağı fonunda selfi çəkir. Ancaq burada etməyə dəyər yeganə şey bu deyil: heykəllərin heyrətamiz gecə işıqlandırmasına heyran olmağı, üç qəbilənin hindularının kəndlərini ziyarət etməyi və Rock Sculptors kafesində dayanmağı mütləq tövsiyə edilir. 


Raşmor dağı Cənubi Dakota ərazisindən keçən Black Hills dağ silsiləsinin zirvələrindən biridir. Ərazi 1885-ci ildə amerikalı iş adamı və ekspedisiya həvəskarı Çarlz Raşmor tərəfindən kəşf edilib. Mənzərəli qaya kütləsini görən xeyriyyəçi onun yamaclarında onun nöqteyi-nəzərindən ən mühüm dördünün, eyni zamanda, ABŞ prezidentlərinin portretlərini əbədiləşdirmək qərarına gəlib.


Profillərin kəsilməsi işi 1927-ci ildən 1941-ci ilə qədər 14 il ərzində aparılıb və nəhəng tikinti müddətinə baxmayaraq, cəmi 1 milyon ABŞ dollarına başa gəlib. Maraqlıdır ki, ən çətin şəraitdə iş yüksək hündürlükdə aparılsa da, 400 oyma ustasından bir nəfər belə xəsarət almayıb. Prezidentlərin profillərinin hündürlüyü 18 metrdir.


Mənbə:tonkosti.ru


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et