
Tarixdə ilk film nümayişi “Lumyer qardaşları” olub.
Kino, videokamera vasitəsilə əldə edilən görüntülərin proyeksiya cihazlarından alınan xüsusi işıqla ağ ekrana əks etdirilməsi yolu ilə “film” adlanan görüntülərin əldə edilməsi prosesidir.
Tarixdə ilk video, əslində, 1 saniyəlik görüntü yaratmaq üçün 24 foto çərçivəni birləşdirərək yaradılmışdır. Auguste və Louis Lumière qardaşları 28 dekabr 1895-ci ildə kütləvi film nümayişi ilə tarixdə ilk dəfə birdən çox adamın birlikdə film izləmə təcrübəsini təmin etdilər.
Nümayiş olunan ilk film "La Ciotat stansiyasına qatarın gəlişi" idi. Film nümayişinə gələn insanlar kino və bəşər tarixi baxımından hansı möcüzənin şahidi olduqlarının fərqində deyildilər. Nə baş verdiyini anlaya bilməyən tamaşaçılar qatarın onlara doğru gəldiyini düşünərək böyük panika yaşayıblar.
Kino tarixi məlum olandan bir qədər qədimdir
Kinetoskop ilk filmə baxan maşınlardan biri idi. Onu maşının üstündəki dəlikdən içəriyə baxan yalnız bir nəfər işləyirdi. Boyunları əyilib tək başına film izləməkdən darıxan insanlar, Lümyer Qardaşlarının istehsalı olan "Cinematograph" cihazına alternativ olaraq maraq göstərməyə başladılar.
İlk elmi fantastika filmi 120 il əvvəl çəkilib
Demək olar ki, hamı virtual mühiti gəzərkən kapsulda ilişib qalmış ay şəklini görmüşük. 1902-ci ildə Corc Melisin rejissoru olduğu "Aya səyahət" filmi tarixdə ilk elmi fantastika filmi adını daşıyır. Sözügedən əsər o dövrün iki məşhur romanından, Jül Vernin Aya səyahət və H.G.Uellsin “Aydakı ilk adamlar” romanından uyğunlaşdırılmışdır.
Mənbə : gazate. firat. edu. com
Tərcümə etdi : Aysel Aslanova
