Bu gün:

Cənubi Koreya haqqında maraqlı məlumatlar


Cənubi Koreya haqqında maraqlı məlumatlara nəzər salaq:


1. Cənubi Koreyada hər il keçirilən bir tədbir var: Boryeong Palçıq Festivalı. Bu festival Boryeong şəhərindəki Daecheon çimərliyində keçirilir və təxminən iki həftə davam edir. Festivalın əsas özəlliyi çimərlikdəki minerallarla zəngin palçıqdan istifadə edilməsidir. Festival zamanı ziyarətçilər palçıq döyüşlərində iştirak edə, palçıqda sürüşə, palçıq vannalarında dincələ və palçıq maskalarından istifadə edə bilərlər. Bundan əlavə, konsertlər, rəqs tamaşaları kimi  digər tədbirlər də təşkil olunur. 1998-ci ildə yerli reklam kampaniyası kimi başlayan və dünya miqyasında populyarlıq qazanan bu festival gözəllik və dəriyə qulluq sahəsində populyarlığını artıran palçığın sağlamlıq üçün faydalarını vurğulamaq üçün də istifadə olunur.
2. Cənubi Koreyanın paytaxtı Seul Şimali Koreyanın paytaxtı Pxenyandan cəmi 120 km məsafədədir; Lakin sərhəddə ciddi təhlükəsizlik nəzarəti olduğundan iki ölkə arasında turistik səyahət mümkün deyil.


3. Cənubi Koreyada ingilis dili müəllimləri adətən özəl dil məktəblərində və ya dövlət tərəfindən dəstəklənən məktəblərdə işləyirlər. Əmək haqqı; təcrübə səviyyəsi, işəgötürən və iş saatları kimi amillərdən asılı olaraq dəyişə bilir. Bütün bunlarla yanaşı ölkədə müəllimlərin maaşı digər peşə sahiblərindən qat-qat yüksəkdir. Bəzi məktəblər müəllimlərin yaşayış və uçuş biletləri kimi əlavə xərclərini də qarşılaya bilər. Bundan əlavə, müəllimlərin təcrübə səviyyələri artdıqca və sertifikatlarını başa vurduqca maaşları da arta bilər

4. Cənubi Koreya xalqı Koreya dilində danışır və ölkə əhalisinin yalnız 1%-i ingiliscə danışa bilir. Xaricilərlə ünsiyyət zamanı adətən ingilis dilində danışılsa da, dil maneəsi əcnəbilər üçün çətinlik yarada bilər.



Mənbə: hopi.com.tr

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et