Bu gün:

Kult filmlər


Hər kəs və hər şey ikinci dəfə baxılmağa layiqdir, hətta bir vaxtlar tipik hekayələrə əməl etmədikləri üçün tamamilə uğursuz hesab edilən filmlər belə. Biz hekayələrində janrların unikal birləşməsini özündə cəmləşdirən və öz dövrünü qabaqlayan kult klassik filmləri nəzərdə tuturuq. 


Kult filmlərin əksəriyyəti ilk yayımından sonra kommersiya baxımından iflasa uğrayan, lakin zaman keçdikcə şöhrət və qazanc əldə edən filmlərdir. Onlar DVD-lərdə, gecə yarısı seanslarında və kiçik ekranlarda   yenidən baxıldıqdan sonra böyük izləyici kütləsi qazanırlar. 


Kult klassik filmlərin hamısı təkrar baxış və düzgün qiymətləndirilmədən sonra dəyərli olmağa başlayır. Bir nəsildən digərinə ötürülən, müxtəlif janrlarda olan filmlər sadiq pərəstişkarları sayəsində kult statusu qazanır. 


Beləliklə, daha çox uzatmadan baxılacaqlar siyahınıza əlavə edə biləcəyiniz və evinizdə zövqlə izləyə biləcəyiniz ən yaxşı kult klassik filmlər: 


1. "Döyüş klubu" 

2. "Böyük Lebovski"

3. "Quzuların səssizliyi"

4. "Leon"

5. "Farqo"

6."Yastıq kitabı"

7. "Qayçı əllər"

8. "İngilis pasienti"

9. "Labirint"

10. "Təpənin gözləri"


Bunlardan başqa "Kriminal qiraət", " Şouşenkdən qaçış" kimi çox məşhur filmlər də kommersiya baxımından uğursuzluğa düçar olub. Paralel şəkildə "Rokki" filmi isə, cəmi 1 milyondan bir az çox büdcə ilə çəkilsə də, kinoteatrlarda böyük uğur qazanır. Bu filmlərin hər biri də kult hesab olunur. 



Mənbə: russh.com

Tərcümə etdi: Bənövşə Bağırova


Paylaş
Şərh əlavə et