Bu gün:

Mu qitəsi əfsanəsi nədir?


Mu əfsanəsi ilk dəfə Avqust Le Plonqeonun (1825-1908) əsərlərində Yukatandakı Maya xarabalıqlarını araşdırdıqdan sonra ortaya çıxıb. 

Le Plonqeon Yukatandakı Maya sivilizasiyasının Yunanıstan və Misirdəkilərdən daha qədim olduğunu və yazının daha köhnə bir qitənin hekayəsini izah etdiyini göstərən Maya yazılarını tapdığını iddia etdi. Le Plonqeon daha sonra bu itirilmiş torpaqları Atlantika ilə əlaqələndirdi və onları Atlantik okeanında batmış yalançı qitəyə çevirdi. 

Yonaquni tapıntılarının Mu qitəsinin qalıqları olduğu iddia edilib. Le Plonqeon iddia edirdi ki, qədim Misir sivilizasiyası qitənin su altında qalmasından sonra qaçqın düşmüş Kraliça Mu tərəfindən qurulub. Onun iddiasına görə, digər qaçqınlar isə Mərkəzi Amerikaya qaçaraq Maya sivilizasiyasını yaradıblar.

Ceyms Bramvel və Uilyam Skott-Elliot Mu-da baş verən fəlakətli hadisələrin 800.000 il əvvəl başladığını və dəqiq olaraq 9564-cü ildə baş verən son kataklizmə qədər davam etdiyini iddia etdilər. 

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk Mu şəhərini türklərin ilkin vətəni ola biləcək bir yer kimi görürdü.

Mənbə: Haberler
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et