Bu gün:

Okeanlarla örtülü planet..


James Webb Kosmik Teleskopunun son məlumatları K2-18b adlı yaşamaq üçün əlverişli bir planeti aşkar edib. Okeanlarla örtüldüyü güman edilən planetdə həyat əlamətləri var. Ən qabaqcıl astronomiya alətlərindən biri olan James Webb Kosmik Teleskopu ilə aparılan yeni müşahidə K2-18b ekzoplanetinin üzərində su obyektləri və hətta həyat ola biləcəyini göstərdi. Planetin kütləsi Yerdən 8,6 dəfə böyükdür. Müşahidələrin təhlili nəticəsində məlum olub ki, planetin atmosferində bol metan (CH4) və karbon qazı (CO2) var. NASA-nın dərc etdiyi bülletenə görə, karbon daşıyan bu molekulların olması və ammonyakın azlığı okeanlarla örtülü planetə və hidrogenlə zəngin atmosferə işarə edə bilər.
Mənbə: Kayıp Rıhtım
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş