
Ümumiyyətlə, qoyun südündən istehsal edilən və ya Danablu pendiri olaraq da bilinən rokfor pendiri fermentasiyadan sonra bir müddət mağaralarda saxlanaraq orijinal dadını rokfor qəlibi ilə əldə edən bir pendir növüdür.
Rokfor pendiri kiflənmiş daxili damarları olan süd məhsuludur. Mavi kiflənmiş hissələri olan rokfor pendiri ilə süfrələrinizə özünəməxsus ətir və rəng qata bilərsiniz. Uzun müddət saxlansa belə, əsl rokfor pendiri yumşağlığını saxlayır. Bir müddət sonra sərtləşən rokfor pendiri ya orijinal rokfor pendiri deyil, ya da xarab olub. Yaxşı rokfor pendiri qovun rənglidir, nazik qabığa malikdir və acısız dadlı qoxuya malikdir. Özünəməxsus aroması olan rokfor pendiri çox zəhmət tələb edən və vaxt aparan istehsal üsuluna malik olduğu üçün süd və süd məhsulları sektorunda xidmət göstərən şirkətlər tərəfindən hazır şəkildə istehlak edilir.
Rokfor pendiri istehsalında buğda unu, çovdar unu, sirkə və maya qarışdırılaraq yoğrulur, xəmirə çevrilir və bir müddət bişirilir. Hazırlanmış çörəyi qəlibləmək üçün ay yarım mağaralarda saxlayırlar. Kiflənmiş çörək qurudulur və toz halına salınır. Rokfor qəlibi bu yolla əldə edilir. Qoyun südünü bir müddət qızdıraraq, maya əlavə edib laxtalanmasını təmin etməklə pendir hazırlanır. Qatılaşdırılmış pendir qəliblərdə yoğrulur və ona əvvəllər hazırlanmış rokfor qəlibi əlavə edilir. Pendirlər qəliblərə tökülür və üzərinə rokfor qəlibi əlavə edilir və 6 gün ərzində müəyyən fasilələrlə ters çevrilir. Rokfor pendiri özünəməxsus aroması və dadı ilə yanaşı, tərkibindəki minerallar və vitaminlərlə insan orqanizmi üçün bir çox faydalar təmin edir.
Tərkibində yüksək miqdarda kalsium olduğu üçün sümük inkişafı və sümük sağlamlığı üçün böyük faydaları var. Uşaqlarda sağlam skelet quruluşunun formalaşmasını dəstəklədiyi halda, daha sonrakı yaşlarda meydana gələ biləcək osteoporoz kimi xəstəliklərin riskini minimuma endirir. Rokfor pendiri tərkibindəki kif sayəsində təbii antioksidant mənbəyidir. Bu səbəbdən immunitet sisteminizi gücləndirir və bədəninizin xəstəliklərə qarşı müqavimətini artırır. Tərkibində yüksək miqdarda protein olan rokfor pendiri uzun müddət toxluq hissi verir və qan şəkərinin tənzimlənməsində aktiv rol oynayır. Fransızlar, fransız mətbəxinin əhəmiyyətli pendir növləri arasında yer alan Rokfor pendirini keyfiyyətli şərabın müşayiəti ilə xüsusilə axşam yeməyindən sonra yeməyi üstün tuturlar. Bir tikə rokfor pendirini ağzınıza qoyduğunuzda ləzzətli ətri və kəskin dadı ilə damaqda qalıcı bir dad buraxır. Rokfor pendirini sous olaraq toyuq yeməklərinə, bonfile kimi ət parçalarına əlavə edə və ya pizzalarınıza dad vermək üçün istifadə edə bilərsiniz.
Mənbə: Peynirci baba
Tərcümə etdi: Tahirə Bağırzadə
