
Enoki göbələkləri görünüşü ilə maraqlı bir göbələkdir. Bu yeməli göbələk özünəməxsus dadı, maraqlı görünüşü və təsirli qidalanma profilinə görə digərlərindən seçilir. Enoki göbələkləri həmçinin göbələklərin bir sıra müxtəlif qida faydaları ilə əlaqələndirilir və onların xərçəng əleyhinə, immuniteti gücləndirən təsirləri üçün yaxşı öyrənilmişdir. Enoki göbələkləri çox faydalı bir qidadır. Bu o deməkdir ki, hər porsiya aşağı kalorili, vitamin və minerallarla zəngindir. Xüsusilə enoki göbələkləri niasin, tiamin və riboflavin kimi yaxşı lif və B vitaminləri mənbəyidir. Enoki göbələklərinin dadı adətən yumşaq, lakin bir qədər meyvəli kimi təsvir edilir. Sərt, möhkəm teksturaya meyllidir. Göbələklərinizi seçərkən rəngi dəyişmiş, selikli və ya rezin gövdələrdən qaçın və yeməzdən əvvəl yaxşıca yuyun. Enoki göbələklərini şorbalarda, əriştələrdə, omletlərdə və sairdə yeməklərdə istifadə oluna bilər.
Mənbə: Ləzzət
Tərcümə etdi: Tahirə Bağırzadə
