Avropadakı məscidlərin tarixi neçə ildir? Heç düşünmüsünüzmü, hansı məsciddə hansı mədəniyyətlərin izləri var? Bəzi izlər silinsə də, məscidlərdən kilsələrə çevrilən binalarda İslam memarlığının qalıqlarını görmək mümkündür.
Bəzi məscidlər vardır ki, onların tarixi daha qədimə gedib çıxır. Göstərəcəyimiz bu 6 məscid vaxtı ilə Müsəlmanlar xalqlarının sığındığı yerlər olmuşdur.
1.Kordova məscidi (8-ci əsr)
Əndəlüsün ən möhtəşəm zamanlarından günümüzə qədər gəlib çatan bu əsər İspaniyanın Kordova şəhərində yerləşir.1236-cı ildə Kordova xristianlar tərəfindən ələ keçirildikdən sonra kilsəyə çevrilən məscidin quruluşu üç yüz əsr ərzində dəyişməz qalıb.Kordova məscidi tarixi quruluşu ilə iki dinin irsini daşıyır. Yerli insanlar tərəfindən hələ də Mezquita (Məscid) olaraq adlandırılır və görənləri valeh etməkdə davam edir.
2.Almonaster La Real (9-cu əsr)
İspaniyanın Almonaster la Real şəhərində yerləşən binanın tarixi 9-10-cu əsrlərə gedib çıxır. Viziqotlardan qaldığı düşünülən bazilika xarabalıqları üzərində inşa edilən məscid Əməvilər dövründən günümüzə qədər gəlib çatan nadir memarlıq əsərlərindən biridir.
3.Bab al-Mardum məscidi( 10-cu əsr)
Bu günə qədər gəlib çatmış ən qədim məscidlərdən digərinə yenə də İspaniyada rast gəlmək olar. Toledo şəhərində, keçmişdə Mədinə adlanan və zəngin müsəlmanların yaşadığı bölgədə yerləşən memarlıq əsəridir. Digər tərəfdən, 11-ci əsrin sonlarına doğru şəhər xristianlar tərəfindən ələ keçirildikdən sonra məscid kilsəyə çevrildi.
4.Cümə(Hüdavəngidar) məscidi( 14-cü əsr)
Hüdavəngidar sənəti və elmi geniş coğrafiyalara yayan Osmanlı İmperatorluğundan bir mirasdır. Bolqarıstanın ikinci böyük şəhəri olan Plovdivdə yerləşir. Sultan I Murat tərəfindən 14-cü əsrdə inşa edilən məsciddə Balkan və Bizans memarlığının izləri var. O, həm də Balkanlarda erkən Osmanlı memarlığının mühüm nümunələrindən biridir.
5.Çələbi Sultan Mehmet məscidi( 15-ci əsr)
Yunanıstanın Qərbi Trakya bölgəsində yerləşən məscid Bəyazid Məscidi kimi də tanınır.Digər tərəfdən məscidin inşası zamanı Çələbi Sultan Mehmetin vəfat etdiyi üçün tikintisinin tələsik tamamlandığı qeyd edilir. Bu səbəbdən də bəzi fikirlərə görə, planlaşdırılan bir çox işlər görülmədi və ya nəzərdə tutulduğundan fərqli həyata keçirildi. Bundan əlavə, məscid Birinci Balkan müharibəsindən 2017-ci ildə məruz qaldığı yanğına qədər müxtəlif ziyan görsə də, hələ də yaxşı mühafizə altında deyil.
6.Əbubəkr məscidi(14 və ya 15- ci əsr)
Bolqarıstandakı digər Osmanlı mirası Ebubəkir məscididir. Yambol şəhərində yerləşən əsər Övliya Çələbinin qeydlərində təriflədiyi binadır. Digər tərəfdən, hələ də fəaliyyət göstərsə də, keçmişdə başına gələnlər yaxşı deyil. 1989-cu ilə qədər mövcud olan rejim səbəbindən bina müxtəlif məqsədlər üçün istifadə edilib və ciddi ziyan dəyib. 90-cı illərdə məscidi yenidən ibadət üçün açmaq istəyən müsəlmanlar əsrlərlə köhnəlmiş bəzək əşyalarını zədələyərək məscidi təmir etdirmək cəhdlərinə son qoyublar.
Mənbə:hürriyet.com
Tərcümə etdi: Aytac Musayeva
