Bu gün:

ChatGPT insanlardan daha çox su istifadə edə bilər



Məlum olub ki, ChatGPT və oxşar böyük dil modelləri cavab verdikləri hər 20-50 sual üçün təxminən, yarım litr su sərf edirlər.


Kaliforniya Universitetindən bir qrup tədqiqatçı ChatGPT və buna bənzər böyük dil modellərinin cavab verdikləri hər 20-50 sual üçün təxminən yarım litr su sərf etdiyini təsbit etdi. Dünyada ChatGPT və buna bənzər böyük dil modellərindən istifadə edənlərin sayının artdığını nəzərə alsaq, yarım litr suyun çata biləcəyi ümumi miqdarı və onun ətraf mühitə yarada biləcəyi təhlükələri təxmin etmək çətin deyil.


Təkcə ABŞ-dakı Google məlumat mərkəzlərinin 2021-ci ildə, təxminən, 12,7 milyard litr su istifadə etdiyi təxmin edilir. Bu məbləğ 6,9 milyon BMW markalı avtomobil və ya 5,7 milyon Tesla elektrik avtomobilinin istehsalı üçün lazım olan su miqdarına bərabərdir.


ChatGPT və oxşar böyük dil modellərini öyrədən məlumat mərkəzlərinin bu qədər çox su bitirməsinin əsas səbəbi serverlərdəki istilik problemidir. Böyük miqdarda elektrik enerjisinə ehtiyac və bu elektrikin davamlı olaraq istilik əmələ gətirməsi məlumat mərkəzlərində yüz minlərlə serverin istiləşməsinə səbəb olur. Serverləri soyuq saxlamaq üçün istifadə edilən soyutma sistemləri su üzərində işləyir.


Tədqiqatçılar hesab edirlər ki, su problemlərinin artdığı bir vaxtda süni intellektin yaratdığı həddən artıq su istifadəsinin təhlükələri yenidən nəzərdən keçirilməlidir.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et