Bu gün:

İşıq dalğaları maddə parçaları kimi toqquşur



Fotonların maddə parçaları kimi toqquşmasına imkan verən metamaterial hazırlanıb.


Maddə parçaları yolları kəsişdikdə toqquşur və səpələnir. Bu proseslərdə ümumi kinetik enerji bəzən qorunur (elastik toqquşmalar), bəzən kinetik enerji maddələrin mexaniki xüsusiyyətlərindən (qeyri-elastik toqquşmalar) asılı olaraq artır və ya azalır. Ümumi kinetik enerjinin dəyişməsi maddə hissəciklərinin daxili enerjisi ilə örtülür.


İşığı təşkil edən fotonlara gəlincə fərqli bir vəziyyətlə qarşılaşırıq. Fotonlar tez-tez bir-birinin içindən keçir, amma həmişə deyil.


Enerji itkisinin qarşısını almaq üçün hazırlanmış bir sistemdə əks istiqamətdə hərəkət edən fotonlar qarşılıqlı təsir göstərmir. Fotonlar əks istiqamətdən enerji ötürülməsinə imkan verən bir quruluşa gəldikdə bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onlar arasında enerji ötürülməsi baş verə bilir. Bu halda fotonlar nisbi amplituda və fazadan asılı olaraq tamamilə ötürülə və ya udula bilər.


Andrea Alunun başçılıq etdiyi bir qrup tədqiqatçı fotonların bir-biri ilə qarşılıqlı əlaqəsi üçün yeni üsul hazırlayıb. Mühəndislər elektromaqnit materialları çox tez dəyişdirilə bilən bir növ metamaterial (təbiətdə heç bir nümunəsi olmayan material) istehsal edə biliblər. Metamaterial əks istiqamətdən gələn fotonların maddə parçaları kimi bir yerə yığılmasına imkan verir. Bu proses material parçaları arasında toqquşmalar kimi qeyri-elastik ola bilər. Toqquşmanın təbiəti fotonların nisbi fazaları ilə idarə oluna bilər. İnkişaf etdirdikləri materiallarla mühəndislər işıq siqnallarını məhv edə, gücləndirə və ya yenidən formatlaya biliblər.


Ətraflı məlumat üçün bax Dr. Bunu Emanuelle Califfi və onun alimlərinin Təbiət Fizikası üzrə tərtib etdiyi məqaləyə baxa bilərsiniz.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et