Bu gün:

Makaronların tarixi


Rəngarəng peçenyelərdən ibarət olan makaron badam unu beze və yağlı krem ilə hazırlanır. Fransız dilində "badam və yumurta ağından hazırlanmış peçenye" mənasını verən makaron italyanca kiçik xəmir mənasını verən "makcarone" sözündən götürülüb. 

Bu gün çox məşhur olan bu desert şirniyyat və kafelərin menyularında öz yerini tapır. Makaron ilk dəfə Avropada və Orta Əsrlərdə görülən bir desertdir. Başlanğıcda yumurta ağı, şəkər və badamdan hazırlanan kiçik bir desert kimi tanınırdı. Çölü xırtıldayan, içi yumşaq bir desertdir. Makaron fransız deserti kimi tanınsa da, ilk dəfə İtaliyada yaranmışdır.  Venesiya monastırlarında yaradılan bu desertin tarixi kral ailəsinə gedib çıxır. Fransız kraliçası Medicininin 1533-cü ildə ll Henri ilə evlənməsindən sonra makaronun Fransadakı tarixçəsi başladı. Medici Fransaya gələndə italyan aşpazını özü ilə gətirir. Mərasimdə qonaqlara təqdim etmək üçün aşpazdan bu deserti hazırlamağı xahiş edir. Hamının bəyəndiyi desertlər zaman keçdikcə məşhurlaşmağa başlayır. Qədim dövrlərdə hazırlanmış makaronların tərkibində heç bir bəzək, aromat yox idi. 

Makaron 1862-ci ildə Louis-Ernest Ladurèe Fransada çörək zavodu açanda inkişaf etməyə başladı. 1871-ci ildə baş verən yanğından sonra Louis-Ernest Ladurèe və həyat yoldaşı çörək sexini şirniyyat evi çevirmək qərarına gəldilər. 20-ci əsrin ortalarında şirniyyat evinin ortaqlarından biri olan Pierre Desfontaines makaron bezesinə şokolad və müxtəlif dadlı kremlər əlavə etməyə başladı. O vaxtdan bəri makaron indiki formasına çatdı və zaman keçdikcə dünyaca məşhur və sevilən bir ləzzət halına gəldi.


Mənbə: Lezzet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et