Bu gün:

Pulun tarixi



Müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.

Bəşər tarixində pul 6-7 min əvvəl mövcud olub. Pul hər hansı bir şəxs tərəfindən ixtira edilməyib. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan “pekuniya”-pul “pekus”-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə, mis, tunc, qurğuşun və s. Daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.

Metal pullar

Tarixdə ilk pulu döymə üsulu ilə miladdan öncə VII yüzillikdə Anadoluda yaşayan lidiyalılar, çap ediblər. Onlar bunu qəlibin üzərində çəkiclə döymə üsulu ilə ediblər.

Bütün bunlara baxmayaraq pulun icadı ilə məşhurlaşan qədim Lidiyalılar olmuşdur. Lidiya dövləti bu günki Türkiyə ərazisinin bir hissəsində mövcud olmuş dövlət idi. Əslində, bütövlükdə pulun yox, sadəcə, metal pulun icadı Lidiyalılarla bağlıdır. Heredotun təxmininə görə ilk dəfə pul üçün gümüş və qızıldan istifadə edən xalq Lidiyalılar olmuşdur. Bunun üçün xüsusi pul zərbxanaları da var idi. Bu günə qədər ən qəribə metal pul yəqin ki, İsveçdə 17-ci əsrdə istifadə olunan mis pullar idi. Məsələn tapılan bir mis lövhə şəklində olan pulun uzunluğu 65 sm-dən çox, kütləsi isə təxminən 14 kq idi. Danimarkalı bir səyyah bununla bağlı belə deyirdi: 

“Bir çox insan pulunu bir iplə bağlayaraq belində daşıyır, digərləri başının üstündə daşıyırdı. Böyük məbləğlər isə vaqonda daşınırdı”.

Kağız pullar

Kağız pul isə 618-ci ildə Çində istifadə olunmağa başlayıb. Beləliklə, 11-ci əsrdə artıq kağız pul Çində mövcud idi. Monqol hakimiyyəti dövründə də Çində bu kağız pullar geniş istifadə olunurdu. Xaqanın təsdiqlədiyi və ağac qabığından hazırlanmış bu kağız pullar barədə qədim Avropalı səyyah Marko Polo xüsusi təəccüblə qeydlər etmişdi. Kağız pulların üstünlüyü artıq bir neçə əsr sonra Avropaya da aydın olur. Onlar da kağız pullara keçid edirlər. Kağız pullardan istifadənin də öz problemləri olub. Üstünlükləri isə daha çox olub. Kağız puldan istifadə ticarətdə tacirlərin işini asanlaşdırıb. Avropada isə kağız puldan ilk dəfə 1661-ci ildə Svedendə istifadə edilib.

Mənbə: investopedia.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et