Bu gün:

Qütb işıqları


Qütb işıqları 

Yəqin ki, Şimal və ya Cənub qütbünün yaxınlığında baş verən təbii işıq görüntüsünün fotolarını görmək şansınız olub. Aurora adlanan bu təbii və möcüzəvi işıq görüntüsünə  Qütb İşıqları da deyilir.

Qütb işıqları və ya qütb auroraları Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində Şimal və Cənub qütb bölgələrində səmada görünən təbii şüalanmalardır. Şimal enliklərində bu təsir aurora borealis və ya şimal işıqları adlanır. Cənub enliklərində aurora australis (cənub qütb işıqları) əmələ gəlməsi də oxşar xüsusiyyətlərə malikdir; lakin Antarktida, Cənubi Amerika və Avstraliyada daha yüksək enliklərdən görünə bilər.

Alyaska və ya Qrenlandiya kimi bəzi bölgələrdə ilin bir çox gecələrində şimal işıqlarını görə bilərsiniz. Əslində, günün istənilən vaxtında görülə bilən bu işıqları adi gözlə müşahidə etmək üçün qaranlığın daha yaxşı vasitə olduğu gözlənilir. Daha yüksək enliklərdə, Alyaskada, Kanada və ya Antarktida kimi Yerin qütblərinə yaxın yerlərdə daha tez-tez müşahidə oluna bilər. Digər tərəfdən, onlar ekvatora daha yaxın və Meksika kimi cənub bölgələrində də görülür.

Şimal işıqları necə yaranır?

Yer atmosferinə keçən enerjili elektron və proton hissəcikləri atmosferə təsir edir və bu qarşılıqlı təsir nəticəsində müxtəlif rəngli şimal işıqları yaranır. Məlumdur ki, görünən rənglər molekulların quruluşu ilə sıx bağlıdır. Molekullara görə görünən rənglər aşağıdakılardır:

1. Oksigen molekulu sarı, yaşıl və qırmızı işıq saçır.

2. Azot molekulu mavi, bənövşəyi və qırmızı tonlarda görünür.

Şimal işıqlarını görmək üçün ən yaxın qütbə baxmaq kifayətdir. Beləliklə, əgər sən şimal yarımkürəsindəsənsə, şimal üfüqünə, cənub yarımkürəsindəsənsə, cənub üfüqünə baxa bilərsən.

Mənbə: onedio.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et