Bu gün:

Ağrı dağının zirvəsində görünən obyektiv buludu



Türkiyənin ən hündür nöqtəsi olan Ağrı dağının qarlı zirvəsini əhatə edən "şapka" formalı linza buludu... Hündürlüyü 5 min 137 metr olan Ağrı dağı ölkə boyu yağan qar səbəbindən zirvəsindən dağətəyi ətəyinə qədər ağ örtüklə örtülüb. 

İran, Naxçıvan və Ermənistan sərhəddində yerləşən və bu ölkələrdən görünən dağın zirvəsini xalq arasında “şapka” adlandırılan obyektiv buludu əhatə edirdi. Dağın zirvəsində bir müddət belə qalan bulud həvəskar və peşəkar fotoqraflar və vətəndaşlar tərəfindən mobil telefonlarına çəkilib. Obyektiv buludları güclü hava axınları dağ və ya təpə kimi bir maneə ilə qarşılaşdıqda əmələ gəlir.

Mənbə: TRT Haber
Tərcümə etdi: Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et