Bu gün:

Benzin qoxusunu sevməyimizin səbəbləri


Avtomobillərin işlənmiş qazlarından çıxan qazların LPG, Benzin və Dizel yanacağı kimi neft əsaslı mayelərin - qazların yanması nəticəsində əmələ gəldiyini bildiyimizə görə, bu neft məhsullarının qoxusunun səbəbini soruşmaq daha doğru olar.

Bir nəzəriyyəyə görə, yuxarıda qeyd etdiyimiz emal olunmuş neft məhsulları birbaşa beynimizin qoxunu təyin edən sinir reseptorlarına təsir edir. Benzin və digər karbohidrogenlər nəfəs aldıqda və ya iyləndikdə onlar sinir sisteminə depressiv təsir göstərir, nəticədə, müvəqqəti, “eyforiya” hissi yaranır.

Beləliklə, insanların xoşuna gələn bir hiss var. Əsəblərinizi uyuşduran bu bioloji proses beynin mükafat yolu kimi tanınan mezolimbik yolunu aktivləşdirir. Başqa sözlə, sinirlər benzin qoxusunu hiss etdikdə mezolimbik sistem dofamin ifraz edir. Beyniniz onu bəyəndiyini və daha çoxunu istədiyini söyləyir.

Mənbə: Evrimağacı

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et