Bu gün:

Güclü ulduz küləkləri ilə "şişirilmiş" kosmik qabarcıq


Fotoda nəhəng qabarcığa bənzəyən quruluş "Sharpless 2-308" adlı dumanlıqdır. Dumanlığın forması delfin başına bənzədiyi üçün ona "Delfin Baş Dumanlığı" da deyilir.

Dumanlıq Wolf-Rayet ulduz sinfinə aid olan EZ Canis Majoris adlı ulduzdan əmələ gəlir. Wolf-Rayet sinfində olan ulduzların kütləsi Günəşin kütləsindən təxminən 25 dəfə böyükdür. Bu ulduzlar supernova partlayışı nəticəsində neytron ulduzuna və ya qara dəliyə çevrilməzdən əvvəl güclü ulduz küləkləri vasitəsilə çox yüksək sürətlə maddə itirirlər.

Delfin Baş Dumanlığının qabarcıq şəklində olmasının səbəbi ulduzun əvvəlki mərhələlərində ətrafa daha yavaş sürətlə yayılan maddələrin yüksək sürətlə yayılan ulduz küləyi tərəfindən bu şəkildə formalaşmasıdır.

Canis Major bürcündə yerləşən Delfin Baş Dumanlığı səmanın ən parlaq ulduzu olan Siriusun yaxınlığında yerləşir. Dumanlıq səmada tam Ay ilə eyni həcmdə məkanı əhatə edir, lakin onun parlaqlığı tam aydan xeyli aşağıdır.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et