Bu gün:

Allergik xəstəliklər niyə artır?


 Dünyada ən çox rast gəlinən xəstəliklər sırasında olan allergiya növləri günü-gündən artır. Bu gün allergiyanın bütün fəsillərdə görülə biləcəyini ifadə edən Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Osman Erk bu xəstəliklərin artmasının səbəblərini və qarşısının alınması yollarını açıqlayıb. Allergik xəstəliklərin son illərdə bütün yaş qruplarında tez-tez görülməyə başladığını bildirən Prof. Dr. Erk bunda ətraf mühit faktorları və sənayeləşmənin böyük rolu olduğunu bildirib:


" Çiçək tozları və kif allergiyası daha çox böyük şəhərlərdə rast gəlinir. Bunda havanın çirklənməsi mühüm amildir. Böyük zəhərli qaz kameralarına çevrilmiş və hündür beton binalardan ibarət olan şəhərlərdə qlobal istiləşmə, kifayət qədər yağıntının olmaması səbəbindən tozcuq və kif göbələkləri daha uzun müddət havada qalır və təmas nəticəsində allergik simptomlar daha tez-tez baş verir ".


Necə qoruna bilərik?


" Allergiyası olanlara tozcuqların intensiv olduğu səhər və axşam saatlarında çölə çıxmamaları tövsiyə edilir. Çölə çıxarkən maskadan istifadə etmək vacibdir. Qapı və bacaları bağlı saxlamaq, paltarları çöldə asmamaq, bağçılıqdan uzaq durmaq da qoruyucu tədbirlərdən sayılır. Çölə çıxmalı olanlar papaq, göz ətrafını tamamilə örtən eynək, maska taxmalıdırlar. Çöldən evə gələndə dərhal paltarlarınızı çıxarıb təmizləyib duş qəbul etməlisiniz. Paltarlar çöldə qurudulmamalı, avtomobildə toz filtrindən istifadə edilməlidir. Xülasə, allergiyası olan insanlar çöldə çox vaxt keçirməməli, mümkün qədər çiçək 

tozlarından uzaq durmalıdırlar ".


Digər allergiya növlərində alergiya yaradan hər nədirsə, buna  uyğun olaraq ehtiyat tədbirləri görülməlidir.


Mənbə: Sözcü


Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et