Bu gün:

Kikboksinqin tarixi


Tarixən karate, tay boksu (tay boksu) və qərb boksundan inkişaf etdirilən kikboksinq, adətən özünümüdafiə üçün təpik və yumruqlara əsaslanan ayaq üstə döyüş idman növüdür. Kikboksinqin yaranması ilə bağlı məlumatlar Asiyada 2000 il əvvələ gedib çıxır. Yapon kikboksinqi 1960-cı illərdə, Amerika kikboksinqi isə 1970-ci illərdə yaranıb. Kikboksinq müxtəlif ənənəvi üslubları birləşdirən qarışıq döyüş idman növü hesab edilir. Kikboksinq idmanı 1970-ci illərdə populyarlaşıb. 1990-cı illərdən başlayaraq kikboksinq müxtəlif döyüş texnikalarını özündə birləşdirərək müxtəlif idman növlərinin yaranmasına öz töhfəsini vermişdir.


Mənbə: kickkboks.org


Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et