Bu gün:

Jan Mandijn kimdir?


Hollandiyalı İntibah rəssamı Jan Mandijn 1500-cü ildə Haarlemdə anadan olub. 1530-cu ildə Antverpendə məskunlaşdı. Gəncliyi və təhsili haqqında kifayət qədər məlumat yoxdur.

Mandijnin imzaladığı “Müqəddəs Anthony axtarışında”adlı əsər qorunub saxlanılmışdır. Stili Hieronymus Bosch üslubuna bənzəyir, buna görə Boschun davamçısı adlanır.

Bioqraf Karel van Mander, Jerome Bosch kimi Mandijnin ürpərdici və gülməli səhnələri necə təsvir edəcəyini bildiyini təsdiqlədi.

 O, Boschun yaradıcılığından ilham alır, lakin üslubu daha sərbəst və rahatdır. Rənglər və fantastik canlılar daha az ahəngdardır.

Nəticədə Boschdan daha az güclüdür. Mandijnin rəsmlərinə böcəklərin, amfibiyaların, sürünənlərin və quşların müxtəlif hissələrindən ibarət hibrid canlı formalar yəni, Bosch üçün tipik elementlər daxildir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et