Bu gün:

Elizabeth Nourse kimdir?


Amerikalı realist rəssam Elizabeth Nourse (1859-1938) Ohayo ştatının Mount Helty şəhərində anadan olub. O, dekorativ rəsm və heykəltəraşlıqla məşğul idi. Müasirləri onu “Amerikanın ilk qadın rəssamı” kimi təsvir etdilər. 

Nourse səs verən ilk amerikalı qadın idi. Rəsmlərindən birinin Fransa hökuməti tərəfindən satın alınması ilə də mükafatlandırıldı. Əsər Lüksemburq Muzeyinin daimi kolleksiyasına daxil edilmişdir. Norsun üslubu Los-Anceles tənqidçisi Henri J. J.-yə ilham verdi. Seldis onu “sosial-realist rəssamlığın öncüsü”kimi təsvir etdi.

Amerikada anadan olmasına baxmayaraq, Elizabeth Nourse məşhur karyerasının çox hissəsini Parisdə rəssam və sənət Cəmiyyətinin görkəmli üzvü kimi keçirdi. Əsərləri Salon De Paris-də sərgiləndi və bir çox beynəlxalq sərgilərdə mükafatlar qazandı və o bunu bacaran yeganə amerikalı sənətçi oldu.

Beynəlxalq arenadakı uğurlarına baxmayaraq, Nourse demək olar ki, yalnız Amerika təhsili aldı. Karyerasının ilk illərində mənzərələr və xüsusi  janra aid səhnələr çəkdi.

Karyerası boyunca o, hətta kişi həmkarları arasında da fərqləndi, çünki sadəcə, rəsm çəkərək dolanışığını təmin etdi. Öyrətmədi, evlənmədi və varlı havadarları yox idi. Beləliklə, Mary Cassatt kimi digər sənətçilərlə birlikdə “yeni qadın” sayılırdı.

1887-ci ildə Parisə köçdükdən sonra Gustave Boulanger rəhbərliyi altında Julien Akademiyasında təhsilini tez bir zamanda tamamladı. Orada olarkən çox vacib əlaqələr qurdu. Rəssam, ən çox qadınları, xüsusən kasıb qadınları və ailələrinə qayğı göstərən qadınları təsvir etməsi ilə xatırlanır.

Mənbə: artlex

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et