Bu gün:

John Singer Sargent kimdir?


Amerikalı impressionist rəssam John Singer Sargent 1856-cı ildə Florensiyada anadan olub. O, daha sonra Amerikaya köçüb və 1876-cı ildə Amerika vətəndaşlığını alıb. Rəssam detallı bir rəsm istedadı ilə 1874-cü ildə portret rəssamı Carolus-Durand ilə rəsm çəkmək üçün Parisə getdi. Bu zaman impressionist texnika ilə sınaqlara başladı. 1879-cu ildə Diego Velasquezin əsərlərini öyrənmək üçün Madridə və Frans Halsın əsərlərini görmək üçün Haarlemə getdi.

1884-cü ildə Paris Salonunda madam Gotronun portreti ilə sərgidə iştirak etdi. Bununla birlikdə, tənqidçilər əsəri eksantrik və erotik hesab etdilər, bu da Sargenti təəccübləndirdi. Parisdə uğursuz olduğu üçün Londona köçdü. İşi ilə İngilis zövqünü təmin etməyə çalışdı, ancaq heç bir müsbət irəliləyiş əldə edə bilmədi. Onun geniş, əyri vuruşları və parlaq  palitrası insanda təsadüfi ya da müəyyən olunmuş hisslər oyadır. Portretlərinə bu təsir zamanla ciddi diqqət çəkdi və müştəriləri Chelsea studiyasına axın etdi.

1910-cu ildən sonra portretdən imtina etdi və ömrünün qalan hissəsini Alp və İtalyan mənzərələrini suluboya ilə boyamağa həsr etdi. Bundan əlavə, 1890-1910-cu illərdə Boston xalq kitabxanası üçün dini mövzularda freskalar çəkdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et