Bu gün:

“Google” nə deməkdir? “


4 sentyabr 1998-ci ildə Kaliforniya ştatında qurulan “Google” dünyada ən çox istifadə edilən axtarış sistemidir. Tədqiq etmək istədiyiniz mövzular haqqında məlumatı bu axtarış sisteminə yazmaqla əldə edə bilərsiniz. “Google”-da vebsaytlar populyarlığa görə sıralanır.

2021-ci ilin məlumatlarına görə, hər gün təxminən 1 milyard insan “Google” a daxil olur. Axtarış sistemi olmaqdan başqa bir çox xüsusiyyətləri olan “Google”-a 23 il ərzində bir çox fərqli xüsusiyyətlər əlavə edilib.

“Google” populyar axtarış sistemidir, onu cəmi 1 dəqiqə ərzində 2,5 milyon insan klikləyir. Tanıtım bülletenlərinin və ekran reklamlarının dərc olunduğu “Google” bəzi xüsusi günlərdə loqosunu dəyişir. Məsələn, Salvador Dalinin ad günündə “Google” sözünün hərfləri rəssamın “Yaddaşın davamlılığı” tablosundan ilhamlanaraq əriyən saatlarla yazılmışdır.

“Google”-un qurucuları əvvəlcə Googol adını seçsələr də, sonradan səs çoxluğu ilə “Google” adına qərar verdilər. Sözün aydın mənası yoxdur. Onun riyazi ekvivalenti 10^100 kimi yazılır. Bu, 1 rəqəminin yanına 100 dənə 0 qoymaq deməkdir. Onun alt mətni belədir: “Google”-a bir söz, hətta hərf yazsanız belə, minlərlə sayt və mətn görünəcək.

“Google” 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. Xüsusilə 2005-ci ildən sonra dünyada internet istifadəsinin artması ilə “Google” da sürətlə böyüdü. Sundar Pichai 2015-ci ildən baş direktordur.

“Google” 1998-ci ildən bəri bir çox yeni funksiyalar əlavə etməklə daim yenilənir. Yalnız “Google”-da oynana bilən oyunlar, üz axtarışı, ekran fırlanması və “YouTube” da oyun oynamaq “Google”-da yeni quraşdırılan funksiyalar arasındadır.

Mənbə: milliyet com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et