Karl Marks alman filosofu, siyasi iqtisadçısı, elmi sosializmin banisi, "Kommunist manifesti" və "Kapital" adlı əsərlərin müəllifidir. Marksın ideyaları, həmçinin məşhur kommunizmin atası kimi çoxəsrlikdir və hökumətlərin devrilməsinə,qəzəbli inqilablara səbəb olmuşdur. Bəs jurnalist kimi də fəaliyyət göstərmiş Karl Marks kimdir?

Karl Marks 1818-ci ildə Prussiyanın Trier şəhərində anadan olub. Karl doqquz uşaqlı ailənin sağ qalan ən böyüyü idi. Valideynlərinin hər ikisi yəhudi idi. Yəhudi olan ana tərəfdən babası hollandiyalı idi. Gənc Karl 6 yaşında vəftiz olundu, lakin sonradan ateist oldu.O, Bonn Universitetində təhsilə başlayıb, lakin məktəbdəki problemlər üzündən bir il sonra Berlin Universitetinə daxil olub, hüquq və fəlsəfə təhsili alıb. Orada o, professor QVF Hegelin fəlsəfəsi ilə tanış olub. O, din, fəlsəfə, etika və siyasət də daxil olmaqla bir çox nəzəriyyə və ideyalara meydan oxuyan “Gənc Hegelçilər” kimi tanınan qrupa qoşulmuşdur.
Marks on beş aylıq müddətinin qalan hissəsində onu xəstə saxlayacaq davamlı soyuqdəymə ilə xəstələnmişdi. O, 1883-cü il martın 14-də 64 yaşında bronxit və plevritdən vəfat etmişdir. 17 mart 1883-cü ildə Hayqeyt qəbiristanlığında dəfn edilmişdir.
Mənbə:Onedio
Tərcümə etdi:Fatimə Şükürova
