Bu gün:

Nizami Gəncəvi


Nizami Gəncəvi epik poeziyaya əvəzsiz töhfə vermiş böyük fars romantik şairidir. O, Şərq ədəbiyyatına realist üslub və danışıq nitqi daxil etmişdir.

Tədqiqatçılar hələ də şairin dəqiq doğum tarixi ilə bağlı fikrə gəlməyiblər. Bir çox alimlərin fikrincə, Nizami Gəncəvi Əbu Məhəmməd İlyas ibn Yusif 1141-ci il avqustun sonunda İldəgizilər Dövlətində (müasir Azərbaycan) anadan olmuşdur.

Bəzi mənbələr atanın dövlət qulluğunda işlədiyini, ananın isə evdar qadın olduğunu bildirir. 

Valideynlərini e erkən yaşda itirmişdir və balaca İlyasa əmisi Xoca Ömər baxırdır. Göründüyü kimi, qəyyum öz vəzifələrinin öhdəsindən parlaq şəkildə gəldi: oğlan təhsilli, yaxşı oxuyan və savadlı böyüdü. Nizaminin kitabları müəllifin fəlsəfi, tibbi, astronomik və dini məsələlərə dair bilikləri ilə oxucunu heyran edir. Şair Qurani-Kərimi mükəmməl öyrənmiş və sonradan yazılarında onun misralarını davamlı olaraq sitat gətirmişdir.

Nizami çox erkən yaşlarda şeir yazmağa başlayıb. İstedadlı oğlan haqqında şayiələr tez hökmdarın sarayına çatdı və tezliklə onu saray şairi olmağa dəvət etdilər. İlyas yaradıcılıq azadlığından məhrum ediləcəyindən qorxduğu üçün nəzakətlə imtina etdi. Buna baxmayaraq, padişah oğlana külli miqdarda pul və bir neçə kənd verdi.

Şairə tarixi vətəni Azərbaycanda xüsusi ehtiramla yanaşılır. Yaradıcının doğma şəhərində Böyük Vətən Müharibəsindən sonra tamamilə bərpa edilmiş Gəncədə məqbərə ucaldılıb. Bakıda və bu dövlətin digər şəhərlərində çoxlu abidələr ucaldılıb, məşhur həmvətənimizin yaradıcılığına həsr olunmuş muzeylər fəaliyyət göstərir. Azərbaycanın bir sıra küçə və meydanları onun adını daşıyır.

Mənbə: biographe.ru

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et