Bu gün:

Terapevtlərin fikrincə, münasibətlərinizdə problemə işarə edən 4 yuxu




1. Kimsə aldadır: Yuxu görən insanların yuxuları  həmişə o qədər də hərfi deyil. Yuxunuzda aldatmaq barədə nə hiss etdiyinizi araşdırmalısınız. Yuxuda heç bir günahınız yoxdursa, o zaman özünüzdən soruşun ki, həyatınızda özünüz üçün etdiyiniz və bəlkə də, partnyorunuzun çox da xoşbəxt olmadığı bir şey varmı?


2. Avtomobillər: Əgər sizin və partnyorunuzun birlikdə avtomobildə olduğunuz yuxu görürsünüzsə, sükan arxasında kimin olduğuna, maşının vəziyyətinə və maşının necə idarə etdiyinə diqqət yetirməlisiniz. 


3.Gəmilər: Gəmi sürüklənirsə və ya itibsə, bu, münasibətlərinizin "inkişaf etməkdənsə, qeyri-müəyyən vəziyyətdə" olduğunu ifadə edə bilər. Döyüş gəmisi isə "münasibətdə çox döyüş və münaqişə var" mənasını verə bilər.


4. Pişiklər və itlər: Pişiklər və itlər münasibətlərinizin vəziyyəti haqqında çox məlumat verə bilər. Loewenberg deyir ki, itlər yuxularımızda ən çox yayılmış əlaqə simvoludur, çünki itlər sədaqətləri və yoldaşlıqları ilə tanınırlar. Yuxunuzdakı it xəstədirsə, ölürsə və ya yaralanırsa, bu, münasibətlərinizin sona yaxınlaşdığına işarə ola bilər. Köpək sizi təhdid edirsə və ya hücum edirsə, siz zərərli bir əlaqədə ola bilərsiniz.


Mənbə:BestLife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et