Bu gün:

Üç paytaxtı olan ölkə hansıdır?


Dünyada üç paytaxtı olan yeganə ölkə Cənubi Afrika Respublikasıdır. Bu ölkə Afrika qitəsinin cənubunda yerləşir.  Cənubi Afrikada icra hakimiyyətinin paytaxtı Pretoriya, qanunvericilik paytaxtı Keyptaun, məhkəmə paytaxtı Blumfonteyndir. 

Bu paytaxtların hər biri bütün ölkənin rəsmi paytaxtı kimi tanınır. Birdən çox paytaxtın olmasının səbəbi qanunvericilik, icra və məhkəmə ünsürlərinin ən yaxşı şəkildə ayrılmasını vurğulamaqdır.  Ona görə də hər bir paytaxt fərqli regionda yerləşir. Cənubi Afrikada da 11 ana dil var. Bunlar İngilis, Cənubi Ndebela, Afrikaans, Cənubi Soto, Şimali Soto, Svatice, Tsonqa, Tsvana, Venda, Xosa və Zuladır. Boliviya və Hindistandan sonra dünyada ən çox danışılan dilə malik ölkədir. Onun həmçinin 5 fərqli dildə sözləri olan milli himni də var. 

Çox dilin danışıldığı bir ölkədə ən çox inanılan din Xristianlıqdır. Əhalinin 79,7 faizi bu dinə mənsubdur. Protestant məzhəbi ilə müqayisədə, öz inancını yaşayan daha çox insan var. Son məlumatlara görə, Cənubi Afrika Respublikasında müsəlmanların sayı azdır.

Mənbə: Onedio
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et