Bu gün:

Axillesin dabanı


Axilles, əsl adı Axilleus. O, eramızdan əvvəl 700-cü illərdə Homerin yazdığı “İliada”nın qəhrəmanlarından biri kimi tanınır. Bu kitabda deyilənlərə görə, Axillesə nə qılınc, nə də ox təsir etmirmiş. Sanki onun üzərində görünməz bir zireh varmış. Buna səbəb anasının onu müqəddəs sayılan çayda yumasıdır. Lakin buna baxmayaraq, sonrakı illərdə Axillesin dabanına ox ilişib və orada dünyasını dəyişib. Buna səbəb anasının onu çayda çimdirərkən dabanından tutması, yəni dabanının su dəymədiyi üçün zirehli olmamasıdır. Təxəyyülün məhsulu olan bu hekayənin təsviri "Axillesin dabanı" adlanır və çıxışlarda, yazılarda zaman-zaman "Axillesin dabanı" ifadəsi insanın zəif yeri mənasında işlənir.

Mənbə: Yeniakit

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et