Bu gün:

Benvenuto Tisi da Farofalo kimdir?


İtalyan Mannerist rəssam Benvenuto Tisi da Garofalo 1481-ci ildə Ferrara şəhərində anadan olub.

Panetti və Costanın tələbəsi olduğuna inanılır. Dosso Dossi ilə işlədiyi barədə məlumatlar var. 1495-ci ildə Cremonada Niccolo Soriano ilə oxudu və Boccaccino məktəbində Venesiya üslubunu öyrəndi. Üç ilini Romada keçirdiyi təxmin edilir (1509-1512). Giulio Romano tərəfindən təsirləndi və stilizə edilmiş klassik üsluba səbəb oldu.

Ferraradan Geronimo Sagrato tərəfindən Romaya çağrıldı və qısa müddətdə Rafaelin rəhbərliyi altında Segnatura Stanzasının dizaynı üzərində çalışdı. Duke Alfonso, Delicia di Belriguardo və digər saray əyanları üçün rəsm əsərləri sifariş etdi. Ferrarada həm yağ, həm də fresk, S. Francesco kilsəsində “Günahsızların qırğını” (1519) və şah əsəri “Məsihin xəyanəti” (1524) daxil olmaqla mühüm əsərləri üzərində çalışdı.

Köhnə metodlardan istifadə edərək gildən modellər hazırladı. 1550-ci ildə kor olana qədər davamlı işləməyə davam etdi. Qırx səkkiz yaşında evləndi və iki övladı oldu. 6 sentyabr 1559-cu ildə (və ya 16 sentyabr) Ferrarada öldü.

Rəssam Giulio Romano, Giorgione, Titian və Ariostonun dostudur. “Cənnət” rəsmində ariostonu Müqəddəs Yokat ilə Müqəddəs Sebastian arasında təsvir etdi. Gəncliyində Lute və qılıncoynatma ilə oynamağı sevirdi. Ferrarese rəssamlarının  ən yaxşılarındandır və aparıcı tələbəsi Girolamo da Carpidir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et